Əsas Səhifə > Dünya > İŞİD Suriyanın daha bir şəhərinə girdi
İŞİD Suriyanın daha bir şəhərinə girdi2-11-2015, 10:17 |
İŞİD terrorçuları Suriyadakı mövqe döyüşlərində üstünlük əldə edib. Döyüşlər zamanı silahlılar daha bir şəhərə nəzarəti ələ keçiriblər. İndi terroçular Məhin şəhərini də zəbt ediblər. Suriya insan haqları müşahidəçi qrupu silahlıların şəhərə kamikadze hücumları ilə basqın etdiyini bildiriblər. Avtomobilə yerləşdirilən partlayıcıların işə düşməsi və daha sonra baş verən qarşıdurmalarda azı 50 əsgər ölüb. Məhin şəhəri iri hərbi kompleks və silah anbarları ilə təchiz olunub. Anbarın İŞİD-in əlinə keçməsi qruplaşmasnın hərbi gücünü artıran amil ola bilər. Eyni zamanda, yaxınlıqda yerləşən, əsasən, xristian suriyalıların məskən saldığı Sadad şəhərciyində də döyüşlərin getdiyi bildirilir. Döyüşlər Rusiya və Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələrinin İŞİD-ə qarşı keçirdiyi əməliyyatlar fonunda cərəyan edib. Bundan öncə terrorçular antik dövrün dini, eyni zamanda ticarət mərkəzlərindən biri hesab edilən Palmira şəhərinə girə bilmişdilər. 1980-cı ildən etibarən UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilən şəhər terrorçular tərəfindən xarabalığa çevrilib. İŞİD qruplaşması hələ may ayından UNESCO-nun mühafizəsi altında olan şəhərdəki antik məbədi nəzarətə götürüb. Daha əvvəl Mosul şəhərində mədəniyyət abidələri terrorçuların hücumlarına məruz qalıb. Ekstremistlər 2015-ci ilin fevralında Mosul muzeyini dağıdıblar. Terrorçuların yaydığı şəkillərdə aydın görünür ki, onlar qədim Assuriya heykəllərini və bizim eradan əvvəl IX əsrdə yaradılan qanadlı öküzün heykəlini dağıdıblar. Terrorçular öz hərəkətlərini belə izah edirlər ki, artefaktlar onları bütpərəstliyə tərəfə yönəldir. YUNESKO İŞİD-in Suriya və İraqda dağıtdığı mədəni irs nümunələrinin ingiltərəli kolleksionerlərin əlinə keçməyə başladığını açıqlayıb. Geri qayıt |