Əsas Səhifə > Dünya > Rusiya-Almaniya layihəsi “topa tutuldu”
Rusiya-Almaniya layihəsi “topa tutuldu”6-11-2015, 09:24 |
Ukrayna və Baltik liderləri Rusiyadan təbii qazı Baltik Dənizinin dibiylə Almaniyaya nəql edəcək ikinci Şimal Axını layihəsini kəskin tənqid ediblər. Bu layihə Ukraynanın ildə 2 milyard dollar (1.8 milyard avro) itirməsinə səbəb olacaq. Belə ki, hazırda əsas tranzit xətti Ukrayna və Polşadan keçir. Ukraynanın baş naziri Arseniy Yatsenyuk noyabrın 5-də Riqada Baltik liderləri ilə birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Polşa və Slovakiya müvafiq olaraq ildə 300 və 800 milyon dollar itirəcəklər. Üstəlik, Avropa Birliyi real enerji müstəqilliyindən məhrum olacaq. “Fikrimizcə, bu layihə iqtisadi məsələlərə söykənmir, siyasidir,” Yatsenyuk deyib və AB-ni məsələni “ciddi” şəkildə araşdırmağa çağırıb. Ukraynanın şərqində hökumət qüvvələri rusiyapərəst separatçılarla savaşır. Yatsenyuk xəbərdarlıq edib ki, Moskvanın “enerji bazarını nəzarətə almasına” imkan verilməsin. Geri qayıt |