Əsas Səhifə > Dünya > Fransa İŞİD-i bombalamağa başladı
Fransa İŞİD-i bombalamağa başladı16-11-2015, 09:13 |
Fransaya məxsus qırıcı təyyarələr İŞİD terrorçu təşkilatının Raqqadakı mövqelərini bombalayıb. Fransa Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, İŞİD-in Suriyada qalası sayılan Raqqadakı hədəflərə 20 hava zərbəsi endirilib, nəticədə terrorçuların hərbi təchizat anbarı və hərbi məşq düşərgəsi dağıdılıb. Türkiyədə keçirilən G20 sammitində çıxış edən Fransanın xarici işlər naziri Laurent Fabius deyib ki, Fransa terrorçuların hücumunu cavabsız qoymayacaq. Fransanın hava hücumu 13 noyabr Paris terrorundan sonraya təsadüf edir. Terror nəticəsində 132 nəfərin öldüyü, 350-yə yaxın insanın isə yaralandığı deyilir. Geri qayıt |