Əsas Səhifə > Dünya > `Bütün müsəlmanlar nəzarətdə saxlanılacaq`

`Bütün müsəlmanlar nəzarətdə saxlanılacaq`


17-11-2015, 10:22
`Bütün müsəlmanlar nəzarətdə saxlanılacaq`
“Slovakiyada yaşayan bütün müsəlmanları nəzarət altında saxlayırıq”.

AzVision.az-ın məlumatına görə, bu barədə Slovakiyanın baş naziri Roberto Fiko yerli KİV-lərə açıqlamasında deyib.

Baş nazir qeyd edib ki, ölkəsində yaşayan müsəlmanların əksəriyyəti qanuni əsaslarla yaşayır.

Slovakiya İslam Vəqfi isə baş nazirin açıqlamasına sərt reaksiya verib: “Baş nazir müsəlmanları dini mənsubiyyətlərinə görə ölkəsinə “təhdid” olaraq görür. Hesab edirik ki, Roberto Fiko bu açıqlaması ilə Slovakiyanın demokratik və azad ölkə olma əfsanəsini dağıtdı”.

Geri qayıt