Əsas Səhifə > Dünya > Ukrayna bayrağına görə saxlandılar
Ukrayna bayrağına görə saxlandılar24-11-2015, 08:57 |
Moskvada 3 nəfər Ukrayna milli bayrağını çoxmərtəbəli binaya sancdığına görə saxlanıb. Hadisə noyabrın 23-də baş verib. Düz 2 il öncə Ukraynada Avromaydan etirazları başladı və prezident Viktor Yanukovych devrildi. Ötən ilin avqustunda da oxşar aksiya keçirilmişdi. 5 rusiyalı kişi və qadın elə həmin binanın üzərindəki sovet ulduzunu Ukrayna bayrağının rənglərinə boyamışdı. Sonradan Moskva məhkəməsi fəallardan birinə xuliqanlıq və vandalizmə görə 27 aylıq həbs kəsdi. Digər 4 nəfər bəraət aldı. Geri qayıt |