Əsas Səhifə > Dünya > Terror hücumu təhlükəsi barədə “spesifik və etibarlı” informasiya yoxdur

Terror hücumu təhlükəsi barədə “spesifik və etibarlı” informasiya yoxdur


26-11-2015, 08:54
Terror hücumu təhlükəsi barədə “spesifik və etibarlı” informasiya yoxdur
ABŞ Prezidenti Barack Obama deyir ki, Birləşmiş Ştatlara terror hücumu təhlükəsi barədə “spesifik və etibarlı” informasiya yoxdur.

Obama noyabrın 25-də, milyonlarla amerikalının qeyd etdiyi Şükranlıq bayramı öncəsi danışıb.

“Hal-hazırda torpağımızda hansısa hücumla bağlı spesifik və etibarlı kəşfiyyat məlumatına malik deyilik,” Obama Ağ Evdə jurnalistlərə deyib.

Obama Paris terrorundan sonra amerikalıların narahatlığının anlaşılan olduğunu sözlərinə əlavə edib. Paris hücumlarında 130 nəfər həlak olub və məsuliyyəti İslam Dövləti (İD) silahlı qruplaşması üzərinə götürüb.

Prezidentin sözlərinə görə, Birləşmiş Ştatlar vətəndaşların təhlükəsizliyi naminə mümkün olan hər bir tədbiri görür.

O, amerikalıları ayıq-sayıq olmağa, normal işlərinə davam etməyə çağırıb.

Bu həftənin əvvəlində Dövlət Departamenti amerikalılara təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

Geri qayıt