Əsas Səhifə > Dünya > Türkiyə TIR-ları Gürcüstandan Rusiyaya buraxılmır
Türkiyə TIR-ları Gürcüstandan Rusiyaya buraxılmır27-11-2015, 08:35 |
Rusiya ilə Türkiyə arsında baş vermiş insdetdən sonra Gürcüstan ərazisindən keçməklə Rusiyaya yük aparan avtomobillər qonşu ölkəyə buraxılmayıb. Həmin maşınların Gürcüstan ərazisində olduğu deyilir. ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, hazırda Gürcüstanla Rusiya arasındakı "Yuxarı Lars" sərhəd-buraxılış məntəqəsində Türkiyəyə məxsus yük avtomobillərin Rusiyaya buraxılmaması barədə yayılan məlumatlara Gürcüstanın aidiyyatı dövlət orqanı da öz mövqeyini bildirib. Belə ki, adıçəkilən sərhəd-buraxılış məntəqəsindən bildirilib ki, Türkiyəyə məxsusu ağır tonajlı yük avtomobilləri qarşı tərəfə buraxılmır. Lakin bunun Gürcüstan tərəfi ilə heç bir əlaqəsi yoxdu. Geri qayıdan yük avtomobillərin bir hissəsi Azərbaycana, digər bir qismi isə Türkiyəyə doğru yola çıxıb. Yerdə qalan qismi isə gözləyir. Ümumiyyətlə isə nə maşınların sayı barədə, nə də problemin yaranma səbəbləri ilə bağlı əlavə məlumat verilmir. Gürcüstanın kütləvi informasiya vasitələrində yayılan məlumatlarda qeyd edilir ki, Rusiya gömrük işçiləri Türkiyə yük avtomobillərinin sənədlərini yoxlamadan belə onları geri qaytarır. Geri qayıt |