Əsas Səhifə > Dünya > Fransa İŞİD-i ilk dəfə bu raketlə vurdu
Fransa İŞİD-i ilk dəfə bu raketlə vurdu16-12-2015, 08:47 |
Fransa qırıcıları İraqın Suriyayla sərhəd yaxınlığında yerləşn Al Qaim şəhərində İŞİD-ə aid mövqelərə aviazərbələr endirib. ANS PRESS-in məlumatına görə, bu barədə Fransanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin bəyanatına əsasən, həmin məkanda İŞİD-in bölgə üzrə baş qərargahı, təlim mərkəzi və maddi-texniki təchizat bazası yerləşib. Fransa ordusu eyni zamanda ilk dəfə olaraq İŞİD-ə qarşı “qanadlı raketlərdən” istifadə edib. Fransa ordusu İŞİD-ə qarşı əməliyyatları 1 ay əvvəl Parisdə ekstrimistlərin törətdiyi 130 nəfərin ölümünə səbəb olmuş terror hücumlarından sonra gücləndirib. Müdafiə Nazirliyinin “Şamal əməliyyatı” heşteqi altında tvitterdə paylaşdığı məlumatda İraqdakı İŞİD obyektlərinə ilk dəfə olaraq qanadlı raketlərin buraxıldığı qeyd olunur. "Şamal əməliyyatı" Fransanın Suriya və İraqdakı hərbi missiyasının kod adıdır. Məlumatda qeyd olunur ki, aviareydlərdə iştirak edən 10-dan çox hərbi təyyarə Birləşmiş Ərəb Əmirliyi və İordaniyadakı bazalardan havaya qalxır, qanadlı raketlər və bombalarla təchiz olunub. SKALP və ya Fırtına kölgəsi adıyla tanına fransanın qanadlı raketləri yaşayış sahələrində olan hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verən uzaq- mənzilli hava-torpaq tipli silah hesab olunur. Bu silahdan eyni zamanda digər NATO üzvləri olan Britaniya, Yunanıstan, İtaliya ordusunda istifadə olunur. Təyyarədən buraxılan raket fransa ordusuna 560 kilometr uzaqda olan hədəfi vurmağa imkan verir. Geri qayıt |