Əsas Səhifə > Dünya > Rusiya İŞİD-ə kömək edənləri araşdırır
Rusiya İŞİD-ə kömək edənləri araşdırır16-12-2015, 10:02 |
Rusiyanın baş təhlükəsizlik agentliyi bildirir ki, İslam Dövləti (İD) silahlı qruplaşmasına yardım etməkdə şübhəli bilinən 1600 fərd və təşkilatı araşdırır. KGB-nin varisi olan Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexander Bortnikov dekabrın 15-də deyib ki, agentlik Suriya və İraqda ekstremist qruplara qoşulmaqda şübhəli bilinən 2900 rusiyalını müəyyənləşdirib. Onlardan 198-i döyüşlərdə həlak olub, 214 nəfər Rusiyaya qayıdıb. Qayıdanlardan 80 nəfər artıq məhkum edilib, 41 nəfər həbs olunub. Prezident Vladimir Putin bir müddət öncə deyirdi ki, Rusiya və digər postsovet ölkələrindən 5-7 min vətəndaş İŞİD-ə qoşulub. O, Rusiyanın Suriyaya hava kampaniyasının ölkənin təhlükəsizliyinin qorunması məqsədilə başlandığını bildirib. Geri qayıt |