Əsas Səhifə > Dünya > Amerikalı girovlara kompensasiya veriləcək

Amerikalı girovlara kompensasiya veriləcək


25-12-2015, 08:40
Amerikalı girovlara kompensasiya veriləcək
Vaxtilə Tehranda girov saxlanmış amerikalı diplomatlar və səfirlik işçiləri 36 ildən sonra kompensasiya qazanıblar. Onlar 1979-cu il inqilabından sonra Tehranda 444 gün girov saxlanmışdılar.

Konqresin ötən həftə qəbul etdiyi qanun layihəsində 53 keçmiş girovun hər birinə və ya varislərinə 4.4 milyon dollarlıq kompensasiya veriləcək. Xəbəri dekabrın 24-də New York Times yayıb. Yəni onların girovluqda olduqları hər gün üçün 10 min dollar ödənəcək.

53 keçmiş girovdan 37-si sağdır.

Bu məbləğ Fransanın BNP Paribas bankının İran, Kuba və Sudana qarşı sanksiyaları pozmasına görə qoyulmuş 9 milyard dollarlıq cərimədən ödənəcək.

Qəzet onu da yazır ki, dövlət tərəfindən həyata keçirilən digər terror hücumlarının qurbanları da bu qanun çərçivəsində, güzəştlərdən yararlana biləcək.

Həmin qrup 1979-cu ildə bir qrup tələbə tərəfindən girov götürülüb. Tələbələr Tehrandakı ABŞ səfirliyinə hücum etmişdilər.

Geri qayıt