Əsas Səhifə > Dünya, Güney Press > Saakaşvili Yeni ili səngərdə qarşılayıb

Saakaşvili Yeni ili səngərdə qarşılayıb


2-01-2016, 10:36
Saakaşvili Yeni ili səngərdə qarşılayıb
Ukraynanın Odessa vilayətinin başçısı Mixail Saakaşvili 2016-cı ili ön cəbhədə, əsgərlərlə birlikdə səngərdə qarşılayıb.

Virtualaz.org RBK-ya istinadən bildirir ki, bu barədə M.Saakaşvili öz facebook səhifəsində yazıb.

Odessa rəhbəri yazıb ki, bayram ərəfəsində və Yeniil gecəsi o, Odessa mexanikləşdirilmiş qvardiya briqadasının hərbçiləri ilə birlikdə ön cəbhədə olub.

Saakaşvili vurğulayıb ki, o, Gürcüstan prezidenti kimi də son Yeni il gecəsini səngərdə keçiribmiş və onun fikrincə, ukraynalı və gürcü əsgərləri arasında oxşar cəhətlər çoxdur.

Geri qayıt