Əsas Səhifə > Dünya > İsrail Kəşfiyyat şefi sünni-şiə qarşıdurması planlarından danışır

İsrail Kəşfiyyat şefi sünni-şiə qarşıdurması planlarından danışır


7-01-2016, 12:28
İsrail Kəşfiyyat şefi sünni-şiə qarşıdurması planlarından danışır
İsrailin Daxili Kəşfiyyat İdarəsi (Şin Bet) rəhbəri Ayalonun 2012-i ildəki açıqlamaları deşifrə olub. Verdiyi reportajda İsrailin bölgədəki qısa müddətli planlarını açıqlayan Ayalonun hədəfində şiə-sünni arşıdurması yaratmaq olduğunu deyib. Çünki Ayalona görə ancaq belə bir durumda Fələstinin gücü qırıla bilər və Fələstin-İsrail qarşıdurmasının qarşısı alına bilər.

Amy Ayalon açıqlamasında "Yaxın Şərqin gələcəyini formalaşdırmaq lazımdır. Bunu etmək üçün Türkiyə öndərliyində və modelliyində bir koalisiyaya ehtiyacımız var", - deyə vurğulayıb.

İsrailin Məxfi xidmət rəisi Ayalon "Yaradıcılaq koalisiya niyə Türkiyənin öndərliyi ilə olmalıdır" sualına isə belə cavab verib: "Türkiyənin idarə tərzini Yaxın Şərqə model olaraq görürük, bu önəmli bir nöqtədir".

Fələstin-İsrail deyil, şiə-sünni qarşıdurması yaşanmalıdır

Şin Bet rəisi Şalon Yaxın Şərqdəki mübarizələrə toxunaraq, hədəflərini də açıqlayıb.
"Türkiyə öndərliyində yaranacaq koalisiyaya İsrailin varlığını qəbul etdirsək, Yaxın Şərqdə böyük qarşıdurma Fələstin-İsrail arasında deyil, sünni-şiə arasında olacaq" - deyən Ayalon belə vəziyyətin İsrail üçün sərfəli olduğunu vurğulayıb.

Planlarını "quracağımız koalisiya ABŞ və bizim tərəfimizdən dəstək görəcək və İsrail bölgədə özünə təhdid olan ünsürlərə qarşı bir güc yaratmış olacaq", - deyə şərh edən Şin Bet rəisi koalisiyanın digər təməl daşları kimi Səudiyyə Ərəbistanı, İordaniya və Misiri göstərmişdi.

Bu gün Səudiyyə rejiminin timsalında müsəlmanların bir-birinə qırğın edilməsi ilə bağlı atılan addımları müşahidə etməkdəyik. Müsahibədən də görünür ki, öütün bunlar İsrail və Qərb tərəfindən hazırlanan planın bir hissəsidir. Onlar bu planı müsəlman ölkələrinin başına gətirdikləri əlaltıları vasitəsilə həyata keçirməkdədirlər.



Geri qayıt