Əsas Səhifə > Dünya > “Krıma işıq verilməyəcək”
“Krıma işıq verilməyəcək”15-01-2016, 09:15 |
Ukrayna prezidenti Petro Poroshenko deyir ki, Krıma elektrik verilişini bərpa etməyə hazırdır, ancaq bir şərtlə ki, Rusiyanın ilhaq etdiyi yarımada Ukraynaya birləşsin. “Ukrayna ərazisi olan Krıma elektrik verməyə hazırıq. İstəyirsinizsə, bunu əldə edə bilərsiniz. Yoxsa Krım üzərində Ukraynanın suverenliyinin bərpasını gözləyəcəyik”, Poroshenko yanvarın 14-də illik mətbuat konfransında deyib. Yanvarın 1-də Krıma elektrik verilişini nəzərdə tutan kontraktın müddəti bitib. Rusiya Ukraynanın şərtlərinə əməl etmədiyi üçün müqavilə təzələnməyib. Noyabrın 22-də Ukraynaya elektrik xətləri kəsiləndən yarımada sakinləri mütəmadi qaranlıqda keçirir. Geri qayıt |