Əsas Səhifə > Dünya > İŞİD-ın baş cəlladı öldürüldü

İŞİD-ın baş cəlladı öldürüldü


20-01-2016, 09:53
İŞİD-ın baş cəlladı öldürüldü
İŞİD-in rəsmi cəlladı "Cihadçı Con" ləqəbi ilə tanınan Məhəmməd Emvazi öldürülüb.

Məlumata görə, "Cihadçı Con"un öldürüldüyünü İŞİD-ə məxsus internet saytı təsdiqləyib. Hətta onun barəsində mədhiyyə yazısı da yayımlanıb.

ABŞ-ın İŞİD-a qarşı yürütdüyü əməliyyatların sözcüsü Stiv Varren ötən ilin noyabr ayının 13-də verdiyi açıqlamada "Cihadçı Con"un öldürüldüyünə əmin olduqlarını demişdi. "Amma bunu təsdiqləmək üçün bir az zamana ehtiyac var".

Məhəmməd Emvazi 17 avqust 1988-ci ildə Küveytdə anadan olub. Altı yaşında İngiltərəyə gedib. Qərbi Londonda yaşayıb. Böyük Britaniya vətəndaşı olub.

Britaniya ləhcəsinə görə "Beatles" qrupunun üzvü Con Lennonun adı verilən "Cihadçı Con"un Amerika jurnalistlər Ceyms Foli və Stiven Sotloff, Britaniyanın yardım işçiləri David Heynes və Alan Henninq, eləcə də amerikalı yardım işçisi Əbdül Həmid Kassiqini qətlə yetirdiyi güman edilir.

ABŞ ingilis əsilli “Cihadçı Con” ləqəbli İŞİD (özünü İraq və Şam İslam Dövləti kimi təqdim edən terror təşkilat) üzvünün saxlanmasına yardım edəcək şəxslərə 9,75 milyon dollar mükafat veriləcəyini vəd etmişdi.

Geri qayıt