Əsas Səhifə > Dünya > Gürcüstan Ermənistanı oğurluqda ittiham etdi
Gürcüstan Ermənistanı oğurluqda ittiham etdi23-01-2016, 10:15 |
Ermənistan Avroviziya mahnı müsabiqəsinə gürcü mahnısı ilə qatılmaq niyyətindədir. ANS PRESS-in məlumatına görə, iddia olunur ki, bu ölkəni açıq şəkildə oğurluq etdiyi üçün cəza gözləyir. Bu barədə Gürcüstanın fact2.ge saytı məlumat yayıb. Məlumatda deyilir ki, Serob Acemyan “Hayastan” mahnısını ötən il ifa edib. Musiqi Qeorqiy Vasadzenin “Kvalibelis Kvekana” mahnısına çox bənzəyir. Ermənilər aranjemanı dəyişsələr də, məzmuna dəyməyiblər. Göründüyü kimi, Ermənistan nümayəndələri nəinki Azərbaycan, həm də digər xalqların musiqilərini oğurlayırlar. Serob Acemyan - "Hayastan" Qeorqiy Vasadze - "Kvalibelis Kvekana" Avroviziya mahnı müsabiqəsi Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə illik televiziya müsabiqəsidir. Müsabiqədə Avropa Yayım İttifaqına üzv ölkələrdən bir nümayəndə iştirak edir. Hər ölkədən 3 dəqiqədən çox olmayan mahnı ifa edən yalnız bir nümayəndə (solist və ya qrup) iştirak edir. Çıxışdan sonra yarımfinalda və ya finalda ən sevilən mahnı telesəsvermə yolu ilə müəyyən edilir. Mons Selmerlyov - "Heroes" Sonuncu dəfə Avroviziya mahnı müsabiqəsinin qalibi İsveç yığması olub. Mons Selmerlyov "Heroes" mahnısı ilə bütün rəqiblərini geridə qoyub. Geri qayıt |