Əsas Səhifə > Dünya > Suriya danışıqlarına təhlükə yaranıb
Suriya danışıqlarına təhlükə yaranıb29-01-2016, 11:27 |
Əsas müxalifət qruplarının imtinası yanvarın 29-da Cenevrədə gözlənən Suriya sülh danışıqlarını təhlükə altında qoyur. Səudiyyə Ərəbistanının dəstəklədiyi müxalifət qrupları koalisiyası danışıqlara qatılmayacağını bildirib, deyib ki, hökumətin mühasirədə olan şəhərlərə yardımı barədə razılaşma əldə olunmayınca danışıqlara getməyəcəklər. Danışıqlarda Suriya kürdlərinin təmsilçiləri də olmayacaq, çünki Türkiyə onların qadağan olunmuş PKK-ya bağlı olduğunu bildirir. ABŞ Dövlət Departamenti yanvarın 28-də Suriya müxalifətini danışıqlara qoşulmağa çağırıb. Geri qayıt |