Əsas Səhifə > Dünya > Kadırov Zakayevi vətənə dönməyə çağırıb...

Kadırov Zakayevi vətənə dönməyə çağırıb...


6-02-2016, 10:15
Kadırov Zakayevi vətənə dönməyə çağırıb...
Çeçenistan rəhbəri Ramzan Karyrov çeçen döyüşçülərinin keçmiş lideri Ahmet Zakaevi vətənə dönməyə çağırıb.

Kadyrov onun həyatına heç bir təhlükə olmadığını deyib.

Beynəlxalq axtarışda olan Zakaev terrorçuluqda ittiham olunur.

RİA Novostinin məlumatına görə Kadyrov bunu Zakaevin qohumlarına baş çəkərkən deyib.

TASS-ın məlumatına görə, görüş Urus-Martanda olub.

Kadyrov deyib ki, əgər İçkeriyanın keçmiş döyüş komandirləri müdafiə naziri, səhiyyə naziri, böyük əksəriyyəti deputat və öz vətənlərindədirsə, Zakaev də vətəninə dönüb öz evində yaşamalıdır.

Kadyrov qeyd edib ki, artıq İçkeriya və elə bir ideya yoxdur.

O həmçinin deyib ki, Zakaevi öldürmək üçün Çeçenistandan adamlar göndərilməsi barədə onun dedikləri əsassızdır.

Zakaevsə “Exo Moskva” radiosuna müsahibəsində belə bir görüşdən xəbərdar olduğunu, amma vətənə dönmək fikrində olmadığını deyib.

Geri qayıt