Əsas Səhifə > Dünya > Türkiyə deyir, qaçqınları tək qoymayacaq

Türkiyə deyir, qaçqınları tək qoymayacaq


8-02-2016, 10:10
Türkiyə deyir, qaçqınları tək qoymayacaq
Türkiyə bildirir ki, “qaçqın qəbulu limitinin tükənməsinə” baxmayaraq, suriyalı qaçqınları qəbul edəcək.

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmus fevralın 7-də deyib ki, Suriyada hökumətin Hələbə hücumundan qaçan minlərlə qaçqın Kilisdki sərhədə sığınıb və “getməyə yerləri yoxdur”.

“Onlar ya bomba yağışı altında öləcəklər, ya da sərhədlərimizi açacağıq”, Kurtulmus CNN Turk televiziyasına deyib. “Türkiyə qaçqınları ölümlə baş-başa buraxmayacaq”, o, sözlərinə əlavə edib.

Hazırda Türkiyənin Suriya ilə sərhədinə 35 min qaçqın toplaşıb.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini Türkiyəni qaçqınları ölkəyə buraxmağa çağırıb, bunun mənəvi və hüquqi öhdəlik olduğunu bildirib. Noyabrda AB ilə Türkiyə saziş imzalayıb, Türkiyə ərazisindəki suriyalı qaçqınlara görə 3.3 milyard dollar yardım təklif olunub. Hazırda Türkiyədə azı 2.5 milyon suriyalı qaçqın var.

Geri qayıt