Əsas Səhifə > Dünya > İslam ölkələri İŞİD-ə qarşı 150 minlik ordunu səfərbər edir
İslam ölkələri İŞİD-ə qarşı 150 minlik ordunu səfərbər edir9-02-2016, 08:32 |
İslam koalisiyası Suriya əməliyyatları üçün 150,000 qoşun səfərbər edir. ANS PRESS-in məlumatına görə, bu barədə CNN xəbər verib. Suriyada İŞİD terror qruplaşmasına qarşı quruda döyüş əməliyyatı aparmaq üçün Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Bəhreyn, BƏƏ və Qətər hərbiçiləri göndəriləcək.İslam ölkələrinin hökumətlərarası hərbi ittifaqı bu məqsədlə 150 min hərbiçini səfərbər edir. Mərakeş, Küveyt, Bəhreyn, BƏƏ və Qətər əsgərləri Səudiyyə Ərəbistanı ordusuna qoşulacaq. Həmçinin hərbi əməliyyatda iştirak üçün Malayziya və daha sonra İndoneziya və Bruneyin hərbiçilər göndərməsi gözlənilir. Fevralın 4-də Səudiyyə Müdafiə Nazirliyinin nümayəndəsi əsas əməliyyatda iştirak etmək üçün ölkənin hazır olduğunu açıqlayıb. Bu məqsədlə Səudiyyə Ərəbistanı Suriyaya min nəfər hərbiçisini göndərmək fikrindədir. Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatları Səudiyyə Ərəbistanı Türkiyə ilə birgə keçirə bilər. Nəşr qeyd edir ki, rəsmi Ər-Riyad və Ankara Suriya prezidenti Bəşər Əsəd rejimini dəstəkləmirlər və Suriyada böhranın siyasi yolla nizama salına biləcəyinə inanmırlar. Daha əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter də Səudiyyə Ərəbistanının Suriyada quru əməliyyatına başlamaq təşəbbüsünü müzakirə etməyə hazır olduğunu bildirib. Bir neçə gün öncə Səudiyyə Ərəbistanı İŞİD terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koaslisiyaya quru qoşunları ilə dəstək verməyə hazır olduğunu bəyan edib. Bu barədə Səudiyyə Ərəbistanının müdafiə naziri briqada generalı Əhməd Asiri “Əl-Ərəbiyyə” telekanalına verdiyi açıqlamada bildirib. Nazir İŞİD-ə qarşı hava əməliyyatları aparan beynəlxalq koalisiyanın Suriyada başladacağı quru əməliyyatına qoşulmağa hazır olduqlarını demişdi. Artıq bir neçə ildir Yaxın Şərq ölkələrində, əsasən İraq və Suriyada bəşəriyyətə qarşı ağlasığmaz cinayətlər işləyərək dünyada islamafobiyanın yayılmasına səbəb olan İŞİD terror qruplaşması 1 ildən artıq müddətdir ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın apardığı əməliyyatlar nəticəsində öz gücünü itirməyə başlayıb. Qruplaşmanın ABŞ, İsrail, Türkiyə və s. ölkələr tərəfindən dəstəklənməsi barədə fikirlər irəli sürülsə də bu iddialar hələlik təsdiqini tapmayıb. Bu ölkələrin sırasında Səudiyyə Ərəbistanının da adı allanıb. Ötən il sentyabrın sonundan etibarən isə bu qruplaşma ilə mübarizə apardığını iddia edən Rusiya hərbi aviasiyası da Suriyada hərbi hava əməliyyatlarına başlayıb. Səudiyyə Ərəbistanı dekabrın 15-də terrorizmlə mübarizə üzrə İslam hərbi koalisiyasının yaradıldığını bəyan edib. Koalisiyaya 34 ölkə daxildir. Ərəbistan yarımadası ölkələrindən hərbi ittifaqda Səduiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt, Yəmən iştirak edəcəklər. Afrika ölkələrindən koalisiyaya Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Fil Dişi Sahili, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger və Nigeriya qatılıblar. Bundan başqa, ittifaqda İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv və Malayziya iştirak edəcəklər. Geri qayıt |