Əsas Səhifə > Dünya, Güney Press > 10 nəfər terrorçu Suriyadan Türkiyəyə keçməyə cəhd edib

10 nəfər terrorçu Suriyadan Türkiyəyə keçməyə cəhd edib


10-02-2016, 08:42
10 nəfər terrorçu Suriyadan Türkiyəyə keçməyə cəhd edib
Türkiyə Şırnak vilayətinin Suriya ilə sərhəddində ölümlə nəticələnən insident baş verib. ANS PRESS-in məlumatına görə, hadisə PKK terror qruplaşmasının üzvü olan 10 nəfər Suriyadan Türkiyəyə keçməyə cəhd edərkən baş verib.

Ötən axşam yerli vaxtla saat 21.30-da Şırnak vilayəti İdil rayonu Köyçeğit Sərhəd Taboru Yüzsürən sərhəd zastavasının yaxınlığında 10 terrorçu Suriyadan Türkiyəyə keçməyə çalışıb. Sərhədçilərin terrorçuları görməsi ilə tərəflər arasında atışma başlayıb.

Atışma zamanı 1 kapitan, 2 çavuş və 1 siravi əsgər olmaqla 4 nəfər hərbçi yaralanıb. Yaralılar dərhal Şırnak dövlət xəstəxanasına çatdırılsa da siravi əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Bölgədən gələn xəbərlərdə Suriya sərhəddindəki Yüzsüren sərhəd zastavasında atışmanın vaxtaşırı davam etdiyi bildirilir.

Həmçinin bu gecə Şırnak vilayətində 1 polisin ölümü ilə nəticələnən terror aktı baş verib. PKK terrorçuları şəhərin “Cümhuriyyət” meydanında reyd keçirən Terrorla Mübarizə şöbəsinə aid zirehli polis avtomobilinə qumbaraatandan atəş açıb. Atəş nəticəsində zirehli maşında olan iki polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub. Yaralı polislərdən biri xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Şırnak dövlət xəstəxanasına çatdırılan digər polisin müalicəsi isə davam edir.

Geri qayıt