Əsas Səhifə > Dünya > Ermənilər Abxaziyanı da ələ keçirirlər...

Ermənilər Abxaziyanı da ələ keçirirlər...


11-02-2016, 09:07
Ermənilər Abxaziyanı da ələ keçirirlər...
Erməni lobbisi Abxaziyada ermənilərin kütləvi məskunlaşmasını həyata keçirməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu sözlər “Kavkaztayms.com” saytının yazarı Valeri Geraşenkonun yazısında yer alıb. Onun sözlərinə görə, məskunlaşmanın həyata keçirilməsində “Baqramyan batalyonu”nun keçmiş komandiri Qalust Trapizonyan xüsusi aktivliyi ilə seçilir:

“Dinc gürcü əhalisinin məhvi və deportasiyası istiqamətində gördüyü işlərə görə bu cəllad “Abxaziya qəhrəmanı” adı ilə mükafatlandırılıb. Gürcü şəhər və kəndlərindən ələ keçirdiyi, oğurladığı pul və digər dəyərli şeylər sayəsində Trapizonyan qondarma Abxaziyada ən varlı biznesmenlərdən birinə çevrilib. Hazırda o, Qaqra şəhərində yerləşən “Qaqripş” istirahət kompleksinin sahibidir. Trapizonyan həmçinin Abxaziya Erməni İcmasının sədr müavinidir və ermənilərin maraqlarının aktiv müdafiəçisidir. Məhz onun sayəsində bu gün Qaqra erməni biznes və kriminalının əsl qoruğuna çevrilib. Bu şəhər artıq tam şəkildə ermənilərə məxsusdur.

Erməni lobbisinin dəstəyi sayəsində artıq uzun illərdir ki, parlamentə Abxaziya ərazisində Rusiya vətəndaşlarına daşınmaz əmlakın alınmasına izn verilməsilə bağlıqanun layihəsi təqdim edilir. Lakin burada əsas məsələ həmin daşınmaz əmlakın ruslar tərəfindən alınması deyil. Erməni mafiyası burada yerləşən etnik rusları belə mənzillərindən qovur. Ona görə də rusların Abxaziyada daşınmaz əmlak sahibi olması üçün xüsusi şansları yoxdur. Daha dəqiq desək, şansları var, amma bu şans çox az müddət davam edəcək. Əvəzində Krasnodar, Stavropol və Moskvadan olan ermənilər sadəcə Abxaziyadakı daşınmaz əmlakın nə vaxt satılacağının elan olunmasını gözləyirlər ki, isti dənizin sahilinə yan ala bilsinlər. Çox güman ki, tezliklə, bu an reallaşacaq”.

O, tezliklə Abxaziyada abxazların milli azlığa çevriləcəyini bildirib:

“Abxaziyadan 300 min gürcü əsilli vətəndaş qovulub. Buna görə də hazırda Abxaziyada gürcülərə aid evlərin əksəriyyəti sahibsizdir. Məhz bu evlərə Rusiya vətəndaşlığı olan ermənilər yiyələnmək istəyirlər. Elə bu amil ucbatından Trapizonyan ölkədəki mənzillərin rusiyalılara satılmasını tələb edir. Bununla da abxaz xalqı məhkum ediləcək. Qanun layihəsi qəbul edilən kimi Abxaziya əhalisinin böyük hissəsi ermənilərə çevriləcək. Hazırda ölkədə olan 80-90 min abxaziyalı ermənilərə tezliklə 200-300 min nəfərlik Rusiya erməniləri də qoşulacaq. Bununla da abxazlar Abxaziyada milli azlığa çevriləcək. Abxazların ermənilərin öz ərazilərində yerləşdirilməsinə etiraz etməsi ilə bağlı artıq Qalust Trapizonyanın planı da var. O və onun döyüşçüləri gürcülərin Abxaziyadan necə çıxarılması metodlarını hələ unutmayıblar. Abxazları da məhz belə tale gözləyə bilər. Bu dəfə onlar heç yerə qaça bilməyəcəklər”.

Qeyd edək ki, “Baqramyan batalyonu” 1993-cü ildə yaradılıb. Abxaziyadakı ermənilərdən təşkil olunan batalyon dinc gürcülərə xüsusi amansızlığı ilə seçilib. Batalyona sonralar Dağlıq Qarabağda döyüşmüş ermənilər də qoşulublar.

Geri qayıt