Əsas Səhifə > Dünya > ABŞ-la Fransa arasında taksi qalmaqalı
ABŞ-la Fransa arasında taksi qalmaqalı12-02-2016, 08:44 |
Parisin Apelyasiya məhkəməsində mobil inteqrasiyalı “Uber” taksi xidmətinin Fransa şöbəsinə qarşı məhkəmə prosesi start götürüb. ANS PRESS-in məlumatına görə, filialın rəhbəri Tibo Sampal və “Uber”in Qərbi Avropa bölməsinin rəhbəri Pyer Dimitri Qor-Koti lisenziyalı taksi sürücülərinin hüquqlarını pozmaqda ittiham olunur. Məhkəmə müdafiə tərəfinin apelyasiya şikayətini rədd edərsə, top-menecerləri 5 ilə qədər həbs cəzası və 300 min avro cərimə gözləyir. Şirkət özü isə taksi sürücülərinə dəymiş ziyana görə 1.5 milyon avro cərimə ödəyə bilər. “Bizi “Uber”in pulları çox maraqlandırır. Hazırda bu şirkətin aktivləri “Ceneral Motors”la müqayisədə daha böyükdür. Bu insanlar bizim iqtisadiyyata və sosial sistemə dəstək olmaq üçün Fransaya daha çox pul ödəməlidir. Biz onların sürücülərinə qarşı deyilik, biz Fransa qanunlarını saymayan Amerika platformasına qarşıyıq.” – deyə Müstəqil Taksi sürücüləri Federasiyasının prezidenti Əhməd Senbel bildirib. Mobil inteqrasiyalı “Uber” şirkətinin Fransa filialı olan “UberPOP”da istənilən şəxs şirkətin sürücüsünə çevrilə bilər. Fransada lisenziya almaq üçün 50-250 min avroya yaxın ödəniş edən taksi sürücüləri bu xidmətin ədalətsiz rəqabət mühiti yaratdığını, ona görə də onlara dəymiş maddi-mənəvi ziyanın ödənilməsini tələb edirlər. Geri qayıt |