Əsas Səhifə > Dünya > OPEK neft hasilatını azalda bilər
OPEK neft hasilatını azalda bilər13-02-2016, 09:05 |
OPEK təşkilatı neft hasilatını azalda bilər. ANS PRESS-in məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri “Wall Street” jurnalına bu barədə açıqlama verib. Nazir qeyd edib ki, təşkilat hər an hasilatı azaltmağa hazırdır. Nazir tərəflər arasında bu barədə razılaşma əldə oluna biləcəyini deyib. Nazirin açıqlaması artıq neftin qiymətinə də təsir edib. Brent markalı neftin 1 barelinin qiyməti 33.36 dollara yüksəlib. İki gün əvvəl bu Brentin bir bareli 26.05 dollara satılırdı. Bu, neftin qiymətinin son 12 ildə ən ucuza satıldığı rekord həd idi. Lakin bəzi ticarətçilər jurnalın məruzəsinə şübhə ilə yanaşıblar. Ekspertlərin sözlərinə görə, Venesuela və Rusiyanın Səudiyyə Ərəbistanı ilə danışıqlara getməsi boş cəhd olub. Hər iki ölkə bir müddət əvvəl Səudiyyə Ərəbistanının hasilatı azaltması üçün rəsmi ər-Riyadla danışıqlar aparırdılar. Ekspertlər bildirib ki, neftin qiymətində müşahidə olunan yüksəlmə müvəqqəti də ola bilər. Əgər tələbat artarsa da, qiymətlər yenidən düşə bilər. Geri qayıt |