PREZİDENT HEÇ DƏ XOŞ QARŞILANMADI
Tarix: 2-03-2012, 11:38 |
Çap et
SARKOZİ TƏHQİR VƏ İSTEHZA İLƏ ÜZLƏŞİB
Prezident Bayonna şəhərinin barında gizlənməyə nail olub. Burada onun polisin mühafizəsində qaldığı 1 saatdan çox vaxt ərzində nümayişçilər binaya yumurtalar atıblar.
"BBC"yə istinadən verdiyi xəbərə görə, Sarkozi sıralarında bask millətçiləri və sosialistlərin namizədi Fransua Ollandın tərəfdarları olan nümayişçiləri dələduz adlandırıb.
Bildirək ki, qəzəbli kütlə prezident şəhərə gəldiyi andan onu təhqirlə qarşılayıblar.
Bəzi nümayişçilər hətta "Nikola, rədd ol!" şüarını da səsləndiriblər.
Prezidentin gizləndiyi bar xüsusi polis qüvvələri ilə mühasirəyə alınıb.
Olanlardan əsəbiləşən prezident "azlığın qəzəbini və yolverilməz hərəkətlərini" qınayıb.
"Biz Fransa ərazisində yaşayırıq. Ölkə prezidenti istədiyi yerə gedə bilər. Əgər bu qəzəbli azlığın xoşuna gəlmirsə, deyə bilərəm ki, bu onlara yaxşı heç nə gətirməyəcək", - Sarkozi deyib.