"ƏGƏR REKLAM OLUNMAQ İSTƏSƏYDİM..."
Tarix: 6-03-2012, 13:24 |
Çap et
NADİR QAFARZADƏ YENİDƏN ALOV PÜSKÜRDÜ
Azərbaycan şou-biznesinin “əjdaha” ləqəbi ilə tanınan müğənnisi Nadir Qafarzadə hər zamankı kimi odlu iddialarından əl çəkməyərək yenidən alov püskürdü.
SİA-nın xəbərinə görə, tədbirlərin birində həmkarı Elnarə ilə dərdləşən Nadir bəy yamanca əsəbi görünürdü. Hətta əsəblərini cilovlaya bilməyən müğənni “Mənim reklama ehtiyacım yoxdur. Əgər reklam olunmaq istəsəydim, “Günəbaxan” verilişinə çıxaraq gündəmdə qalardım”, - deyə uca səslə Elnarə xanıma bildirdi.
Müğənni xanım isə kişi həmkarının bu sözlərindən təəccüblənməyərək söhbətinə davam etdi.