HAFİZ HACIYEV MİTİNQƏ HAZIRLAŞIR
Tarix: 5-10-2011, 16:41 |
Çap et
MMP-NİN 22 OKTYABR TƏDARÜKÜ
DİA.AZ: - Bu gün Müasir Müsavat Partiyasının (MMP) Mərkəzi Qərargahında partiyanın İdarə Heyəti və rayon təşkilatlarının birgə kecirdiyi toplantıda kecən həftə müzakirəyə çıxarılan mitinq məsələsinə yenidən baxılıb və göstərilən səbəblər yetərli hesab edildiyindən aksiyanın dəqiq vaxtı təyin edilib. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) partiyanın mətbuat xidmətindən məlumat verilib.
“MMP İdarə Heyəti 22 oktyabr saat 16:00 da 5 min nəfərlik mitinq keçirməyin sosial və texniki bazasını təşkil etmək üçün mitinq komitəsinə xüsusi tapşırıqlar verilib”-deyə qurumdan bildirilib.
Partiya bəyan edib ki, ölkədə məmur özbaşınılığı, koorrupsiyanım pik həddə çatması, rüşvət və süründürməçilik hallarının insanların həyat tərzini pisləşdirməsi həmçinin biyasi –pisxoloji durum MMP-ni aksiya keçirməyə məcbur edib.
Azərbaycan reallıqlarını xalqa çatdırmaq ücün mitinq kecirmək qərarı alan partiya bununla baglı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.
MMP 22 oktiyabrda saat 16.00-dan 17.00-dək 5 min nəfərlik mitinq kecirmək istəyir.