NAXÇIVANDA KONSERT TƏŞKİL OLUNUR
Tarix: 11-03-2012, 12:26 |
Çap et
MÜĞƏNNİ NAXÇIVANLI PƏRƏSTİŞKARLARI İLƏ GÖRÜŞƏCƏK
Milli.Az xəbər verir ki, fevralın 18-də ölkənin əsas səhnəsi hesab edilən Heydər Əliyev Sarayında "Tut əlimdən" adlı solo-konsert proqramı ilə çıxış edən populyar estrada müğənnisi Sevda Yahyayeva uğurlu proqramı ilə Naxçıxan Muxtar Respublikasında çıxış etmək niyyətindədir.
Müğənninin prodüseri Pərviz Əsgərov Milli.Az-a açıqlamasında bildirdi ki, konsert Novruz bayramı ərəfəsində, martın 19-da keçiriləcək.
Yahyayeva bir gündən sonra Bakıya qayıdacaq.