"VƏRƏMLƏ BAĞLI STİQMAYA QARŞI MÜBARİZƏ"
Tarix: 12-03-2012, 12:45 |
Çap et
JURNALİSTLƏR ÜÇÜN YAZI MÜSABİQƏSİ
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi" jurnalistlər üçün yazı müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bunu "Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi"nin səhiyyə kommunikasiyası üzrə proqram meneceri Ayla Ələsgərova Ümumdünya Səhiyyə Təşkilatı, USAİD və Vərəm Əleyhinə Milli Proqramın birgə təşkilatçılığı ilə 24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
O deyib ki, müsabiqə "Vərəmlə bağlı stiqmaya qarşı mübarizə" mövzusunda keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən jurnalistlər avqustun 1-dək yazılarını təqdim edə bilərlər.
Müsabiqənin nəticələri avqustun sonunda açıqlanacaq.