ƏLİ HƏSƏNOVUN BİR MİLYARDLIQ YEYİNTİSİ
Tarix: 15-03-2012, 11:48 | Çap et
QAÇQINLARIN ADI ALTINDA TALANAN NEFT PULLARININ AQİBƏTİ
DİA.AZ: - Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşdırılması üçün bir neçə istiqamətdə vəsait cəlb edilir. Bura dövlət büdcəsi, Dövlət Neft Fondu və beynəlxalq maliyyə təşkilatlarından ayırılan pullar daxildir. Təqribən indiyədək qaçqın və məcburi köçkün problemlərinə sərf edilmək adı altında 1 milyard manatdan çox vəsait xərclənib. Əlbəttə, bu məbləğ hökumətin çox da böyük sosial yükü olmayan layihələrə ayırdığı pullarla müqayisədə cüzi görsənir. Çünki nəzərə almaq lazımdır ki, 1 milyard manata yaxın vəsait 10 il ərzində sərf edilib. Təkcə «Eurovision 2012» hazırlığı isə bir ildən az müddət ərzində təxminən bu qədər vəsaiti «yeyib». Ona görə də sosial əhəmiyyət daşıyan bir dövlət proqramı üçün sözügedən vəsait, hətta az görünə bilər. Deməli, burada əsas məsələ vəsaitin həcminin azlığı-çoxluğu deyil, xərclənən pulların şəffaflığı və ondan 1 milyona yaxın məcburi köçkünə nə qədər pay çatmasıdır.
DİA.AZ bildirir ki, Dövlət Neft Fondundan bu istiqamətdə indiyədək 857,8 milyon manat, o cümlədən cari ildə 140,0 milyon manat vəsait ayrılıb. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar respublikasında, Bakı, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, ramanı, Pirşağı və Fatmayı qəsəbələri ərazisində məcburi köçkünlər üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin tikintisi həyata keçirilib. Dövlət başçısının fərman və sərəncamlarının icrasına uyğun olaraq 58 qəsəbə salınıb. Buna müvafiq olaraq məktəblər, musiqi məktəbləri, fərdi evlər, binalar, uşaq bağçaları, tibb müəssisələri, icma mərkəzləri, yanğınsöndürmə deposu, rabitə qovşağı, idman olimpiya kompleksi, su anbarları, elektrik yarımstansiyaları, yollar, su xətləri, qaz və işıq xətləri, kanalizasiya sistemləri və sair işlər görülüb.
Hesabatlılıq baxımdan Dövlət Neft Fondunun təqdimatını müsbət qarşılamaq olar. Həmin hesabatda ayrılan vəsaitlə hansı işlərin görüldüyü göstərilsə də, xərclərin şəffaflığına nəzarət yox dərəcəsindəir. Bunu qeyri-hökumət təşkilatlarının apardığı monitorinqlər də sübut edir.
Qeyd etdiyimiz kimi, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşmasına DNF-lə yanaşı, dövlət büdcəsindən və beynəlxalq maliyyət təşkilatlarından da böyük pullar ayrılıb. Təəssüf ki, bu istiqamətdə xərclənən vəsaitlərin hesabatlılığı, ümumiyyətlə yoxdur. Dövlət büdcəsinin investisiya layihələri çərçivəsində Qaçqınların və Məburi köçkünlərin işi üzrə Dövlət Komitəsinə 35,6 milyon manat, Məcburi Köçkünlərin Sosial-İnkişaf Fonduna 15,2 milyon manat vəsait ayrılıb. Həmçinin beynəlxalq maliyyə təşkilatları tərəfindən 48 milyon dollar kredit verilib.
«Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na ayrılan vəsaitlərlə bağlı xeyli yeyintilər üzə çıxıb. Bu istiqamətdə ayrılan vəsaitlər Proqramın adında da ifadə olunan məqsədlərdən birinə - məşğulluğun təmin olunmasına qətiyyən yönəldilmir. Yeni qəsəbələrə köçürülən insanların məşğulluğu təmin edilməyib. Proqramda yeni qəsəbələrdə məşğulluğu təmin etmək məqsədi ilə hər bir ailəyə bir hektar torpaq payı verilməsi, təssərüfat fəaliyyəti göstərmələrinə yardım məqsədilə birdəfəlik pul yardımı edilməsi nəzərdə tutulurdu. Eyni zaman da, qəsəbələrdə istehsal sahələrinin açılması stimullaşdırılmalıydı. Lakin bunların heç biri yerinə yetirilməyib. Keçirilən tenderlərin hamısı formal xarakter daşıyıb. Demək olar ki, tenderlərin nəticələri əvvəlcədən bəlli olur.
Bərdəyə köçürülən ailələrin məşğulluğunu təmin etmək məqsədilə hər bir ailəyə bir hektar torpaq payı verilməli və qəsəbədə istehsal sahələri açılmalı olduğu halda, bunların heç biri yerinə yetirilməyib. Bu istiqamətdə yönələn vəsaitlərin açıq şəkildə mənimsənildiyi görünür.
Bundan əlavə tikilən evlər çox keyfiyyətsizdir. Bir müddət sonra binaların müəyyən qismində çatlar əmələ gəlib, evlərin suvaqları tökülüb, bir çox evlərdə yağış yağan zaman su damır, evlərin kənarlarına tökülən suvaq örtüklər dağılıb. Sakinlərin 25-30 faizi evlərdə sonradan öz hesablarına yenidən təmir işləri aparıb. Şəhərciyə kanalizasiya sisetmi, qaz xətti, telefon xətti çəkilməyib. Qəsəbələrarası yollara asfalt döşənməyib. Halbuki, proqramda bu işlərin hamısının həyata keçirildiyi göstərilib.
Yardımlar paylanan zaman da neqativ hallara yol verilib. Qəsəbələrdə yanar qaz olmadığından, qış aylarında evlərin istiliyini təmin etmək məqsədilə hər bir ailəyə hər ay mütəmadi olaraq 40 litr yanajaq verilməli və bu müddət 5 ay davam etməlidir. Lakin yerli icra nümayəndəliyi tərəfindən yanacaq paylanan zaman hər ay hər bir ailədən 5-6 litr müxtəlif bəhanələrlə yanacaq saxlanılır və mənimsənilir. Bu haqda mətbuatda da mütəmadi olaraq məlumatlar yer alır.
Habelə, Dövlət Proqramına əsasən, məcburi köçkünlərin hər birinə hər ay 5 kq un, 1 kq düyü, 1 kq şəkər tozu, 1 litr bitki yağı Neft Fondu hesabına yardım şəklində verilməlidir. Lakin 7-8 min nəfər məcburi köçkün həmin yardımlardan məhrumdur. Bunlar, əsasən yeni doğulanlar, ailəyə gələn gəlinlər, hərbi xidmətdən qayıdanlar və həbsdən gələnlərdir. Bu sayaq insanların heç biri yenidən qeydiyyata alınmır.
Həm Füzuli, həm də Bərdədə tikilən evlərin adi insanların öz hesablarına tiktirdiyi eyniproyektli evlərdən bir neçə dəfə baha sənədləşdirildiyi üzə çıxıb. Adıçəkilən təşkilatın aparıdığı monitorinq sənədinə əsasən, Zobucuq ərazisində 2114 ev var. Burada birotaqlı ev 18089 manata, ikiotaqlı 22937 manata, üçotaqlı evlər isə 29437 manata başa gəlib. Mütəxəssis hesablamalarına görə, podratçı şirkətə 20-25 faiz gəlir qalmaqla, qiymətlər uyğun olaraq 11694, 14251 və 18139 manatdır. Hər ev real qiymətindən təxmiən 9 min manat «bahadır».
Qəsəbələrdə tikilən evlərin 1 kvadrat metri 500 manata, Bakıda isə 187 manata başa gəlir ki, bu da qiymət şişirtməsinin səviyyəsindən xəbər verir. Məsələ yalnız kimlərinsə xeyli miqdarda pul qazanması ilə bitmir. Prosesdə guya dövlətin yardım etdiyi insanlar da ziyan çəkib. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə 2004-2007-ci illəri əhatə edən Dövlət Proqramının müddəti bitdiyindən, 2008-ci ildə ilin sonlarında çadırlarda yaşayan əhali tələsik yarımçıq qəsəbələrə köçürülüb. Köçürülmə qışın ortasına təsadüf edib. Qışa hazırlıq olmadığından məcburi köçkünlərin mal-qarası tələf olmuşdu. Ən maraqlısı budur ki, 2007-ci ildə salınan qəsəbələrdə hamam ixtisara düşüb. Yəni necə gəldi, evləri tikib təhvil veriblər. Burada məqsəd insanların yaşayışı deyil, proqramın icra olunması adı altında pul mənimsəməkdir. Qaçqınların yalnız 2-3 faizi qəsəbələrdəki sosial obyektlərdə işləyir, qalan əhali işsizdir. Əlavə torpaq sahəsi və birdəfəlik yardım verilməyib.
Murad TƏHMƏZOV DİA.AZ -
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
|