YAPONİYA DAHA BİR FACİƏNİ YAŞAMALI OLDU
Tarix: 16-03-2012, 12:16 |
Çap et
İÇİNDƏ 30 UŞAQ OLAN AVTOBUS AŞIB
Yaponiyanın Sukuba şəhərində uşaqları uşaq baxçasına aparan avtobus minik avtomobili ilə toqquşub. Nəticədə avtobus bir neçə dəfə çevrilib. “RİA Novosti”nin verdiyi məlumata görə, 30 uşaq və 4 tərbiyəçi hospitala yerləşdirilib.
Avtobus sürücüsünün sözlərinə görə, toqquşmadan yayınmaq istəsə də, yolun solundan minik avtomobili çıxıb və o, idarəetməni itirib.
Hospitala 30 uşaq, avtobus sürücüsü və tərbiyəçilərlə bərabər minik avtomobilinin sürücüsü də gətirilib. Həkimlər bildirir ki, 11 uşaq yüngül xəsarətlər alıb, böyüklərin də vəziyyəti qənaətbəxşdir.