«MUĞAMI GÜLÜNC VƏZİYYƏTƏ SALIB OXUYURLAR»
Tarix: 16-03-2012, 12:39 |
Çap et
BALOĞLAN ƏŞRƏFOV BƏRK ƏSƏBİLƏŞİB
Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov estrada ifaçılarından narazıdır.
SİA-ya açıqlama verən əməkdar artist bunları deyib: “Estrada ifaçısı muğam janrında oxuyanda əsəbləşirəm. Çünki öhdəsindən gələ bilmirlər. Muğamı gülünc vəziyyətə salıb oxuyurlar”.
Baloğlan Əşrəfov razı qaldığı xanəndənin adını da açıqlayıb: “Hər kəsə aid etmək olmaz ki, muğam oxuya bilmir. İfa etməyi bacaran muğam ifaçılarımız arasında Babək Niftəliyevin adını xüsusilə çəkə bilərəm”.