RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Kolumbiya hərbi komandanlıq bildirib ki, ölkənin şimal-qərbindəki Arauka departamentində çoxsaylı qiyamçı dəstələr hərbiçilərə hücum ediblər. Xatırladaq ki, bu ilin fevral ayında FARK qruplaşması Velye-del-Kauta əyalətində pusqu quraraq 3 hərbiçini qətlə yetirmişdi.