RƏSMİ BAKIDAN İSRAİLƏ CAVAB GƏLDİ
Tarix: 22-03-2012, 13:10 |
Çap et
“AZƏRBAYCAN BİR ÇOX ÖLKƏLƏRƏ NÜMUNƏ OLA BİLƏR”
“Azərbaycan regionun ən təhlükəsiz və sabit ölkəsidir”.
Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev İsrailin terrorla mübarizə qərargahının Azərbaycanın adını bu ölkənin vətəndaşları üçün təhlükəli ölkələr siyahısına salmasına münasibət bildirərkən deyib.
E. Abdullayev qeyd edib ki, hər il Azərbaycana yüz minlərlə turist gəlir, onlar bütün ölkə ərazisində sərbəst və təhlükəsiz hərəkət edir, görməli yerləri ilə tanış olurlar: “Azərbaycan dövləti ölkədə təhlükəsizliyi yüksək səviyyədə təmin edir. Bu mənada Azərbaycan bir çox ölkələrə nümunə ola bilər”.
Qeyd edək ki, İsrailin terrorla mübarizə qərargahının yaydığı xəbərdarlıqda İsrail vətəndaşlarına zərurət olmadığı təqdirdə Azərbaycana səyahət etməmək tövsiyə olunur.