"Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                 

NEFT ÖLKƏSİNDƏ AĞ NEFT ÇATIŞMIR
Tarix: 26-03-2012, 14:49 | Çap et
NEFT ÖLKƏSİNDƏ AĞ NEFT ÇATIŞMIR

“BUNUN ADINA SADƏCƏ OLARAQ BİABIRÇILIQ DEYİLƏ BİLƏR”

İrandan ərzaq və kənd təsərrüfatı məhsullarının gətirilməsi Azərbaycanın cənub rayonlarında kütləvi işə çevrilib. Sərhədyanı ərazilərdə yaşayanlar çox vaxt bazarlığa İran Astarasına gedirlər. İran tərəfi vizanı birtərəfli qaydada ləğv edəndən sonra bu məqsədlə qonşu ölkəyə gedənlərin sayı artıb.

İqtisadçı Vidadi Mirzəyev deyir ki, əslində bu alış-veriş İrana su və hava kimi lazımdır. İranın bütün ərazilərindən Azərbaycana mal gətirirlər. Onun deməsinə görə, qiymətlər də İranın digər şəhərlərinə nisbətən İran Astarasında bahadır. İqtisadçı hesab edir ki, İran vətəndaşları bundan qazanırlar. Üstəlik İranda xaricə mal satan iş adamlarına güzəştlər də nəzərdə tutulur.

İrana gedən Azərbaycan vətəndaşları geri qayıdarkən ağ neft də gətirirlər. Halbuki, Azərbaycan xarici ölkələrə neft və qaz satır. İş adamı Faiq Cəfərov bunu «biabırçılıq» hesab edir. Onun sözlərinə görə, təbii qaz Azərbaycan əyalətlərində rayon mərkəzlərinə və bir neçə kəndə verilir. Kəndlərin əksəriyyəti qazsızdır. Dağ ərazilərində yerləşən kəndlərdə işıq aylarla yanmır. Belə vəziyyətdə ağ neftə ehtiyac yaranır:

«Müəyyən malların İrandan gətirilməsi təbiidir, gətirirlər gətirsinlər. Amma, ağ neft gətirmək məni çox təəccübləndirdi. Bir ölkədə ki, dənizdə və quruda neft çıxa, sonra da o ölkənin vətəndaşı oradan əzab-əziyyətlə ağ neft gətirə, İran da qoymur, məni çox təəccübləndirir. Maraqlanmışam, müəyyən sərhədyanı zonalarda, orda işıq çatışmazlığı olur, qaz yoxdur, «solyarka» sobası yandırmalıdır. «Solyarka» bir az bahadır. Ağ neft daha təmizdir, yaxşı yanır, o məcburdur ki, ordan gətirsin».

İş adamının sözlərinə görə, gün ərzində Azərbaycan tərəfə əl ilə 100-200 litr ağ neft çıxarılır. Bunda İranda ağ neftin ucuz olması da rol oynayır.

«Orda ağ neftin bir litri, səhv etmirəmsə, bizim pulla 15-20 qəpikdir. Amma bizdə 1 manatadır, litri 1 manatdır. Burda qazanc məsələsi var, həm də özü istifadə edir, ondan. Lampanı yandırmaq üçün yaxşıdır, həm də istilik sistemi üçün yaxşıdır. Çox təəccüblüdür, çox təəssüf edirəm. Bu ölkə neft ölkəsi ola-ola nə üçün bu millət nefti ordan gətirməlidir? Mən istərdim ki, ölkədə belə şeylərin qarşısı alınsın, çünki bu biabırçılıqdır».

Astara keçid məntəqəsinin önündə olduq. Məlum oldu ki, bayram günləri olduğu üçün adamların İran tərəfinə buraxılmasında məhdudiyyətlər qoyulub. Həm də adamlar İrana üç gündən bir buraxılırlar. Digər tərəfdən neft «qaçaqmal» hesab olunur. Adamlar ağ nefti qablarda, gizli şəkildə Azərbaycana keçirirlər. Adının çəkilməsini istəməyən bir yerli sakinin dediyinə görə, İrandan gətirilən ağ neft keçid qapısının önündə satılmır. Müəyyən yerlərə verilir və orada satılır. Belə bir yerdə olduq. Ağ neft satılan evin sahibinə jurnalist olduğumuzu, bu məsələni araşdırdığımızı bildirdik. O əvvəlcə belə bir işlə məşğul olmadığını söylədi. Sonra isə səsini lentə almamaq şərti ilə bəzi məsələlərə aydınlıq gətirdi. Onun dediyinə görə, İrandan gətirilən ağ neftin bir litrini 80 qəpikdən alır, 1 manatdan satır. Ağ neft alanların sayı elə də çox deyil. O deyir ki, ağ nefti əsasən dağ ərazilərdə məskunlaşanlar alırlar.

İrandan ağ nefti təkcə piyadalar gətirmir. Sərhəddə eşitdiklərimizə görə, İrandan gələn yük maşınları da ağ neft gətirməyə çalışır. İrana məxsus yük maşınlarının bundan böyük qazanc əldə etdikləri deyilir.

Lənkəran rayonun bir neçə yanacaq doldurma məntəqəsində olduq. Sahibkarlar deyirlər ki, Bakıda neft bazasından ağ neft almaq mümkün deyil. Heç bir səbəb göstərmədən ağ neftin verilməsindən imtina edirlər.

Astarada yanacaqdoldurma məntəqələrinin birinin sahibi bizə bildirdi ki, bir neçə il bundan əvvəl onlar ağ neft satışa çıxardırdılar. Ağ neft qışda daha çox satılırdı. Alıcılar da var idi. İndi ağ neft verilmir. Ağ nefti hara verirlər, ondan xəbərləri yoxdur.

İqtisadçı Vidadi Mirzəyev bölgələrdə ağ neftin olmamasını təbii sayır. Onun dediyinə görə, İrandan gətirilən malların hamısından Azərbaycanda var. Lakin bu mallar qiymətdə fərq etdiyi üçün İrandan gətirilir. Ağ neft isə rayonlarda ümumiyyətlə yoxdur. İqtisadçının sözlərinə görə, İran sərhədində qayda yaratmağın vaxtı çatıb. Nəzarətsizlik problem yarada bilər. Vidadi Mirzəyevin fikrincə, ya müştərək bazar, ya da insanların İrana getməsində vahid qayda yaradılmalıdır.

Neft Araşdırmalar mərkəzin rəhbəri İlham Şaban isə deyir ki, vaxtı ilə İran Azərbaycandan neft alırdı:

«İran vaxtı ilə bizdən alırdı. İndi bizim adamlar gedib ordan alıb gətirir. Biabırçılıqdır. Bizim özümüzdə istehsal var. Bizim camaat gedib ordan gətirir, alver məqsədi ilə istifadə edirlər. Bizdə istehsal var. Bizdə istehsal varsa rayonlar və yaxud istehsalçılar nə üçün bu vəziyyətdədir? Azərbaycanda iki neftayırma zavodu olduğu halda regionlarda insanlar əziyyət çəkir. Dövlət başçısı hər yerdə elan edir ki, biz öz enerji təhlükəsizliyimizi vaxtından əvvəl yüksək səviyyədə həyata keçirmişik. Ancaq dağ rayonlarında insanlar enerji təminatından əziyyət çəkir, enerji olmadığı vaxtda ağ neftdən istifadə edirlər».

İlham Şabanın fikrincə, bu məmurların dövlət başçısını aldatmasının və hökumətin öz vəzifəsini yerinə yetirməməsinin sübutudur.

“Azadlıq” Radiosu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru