MALİYYƏ NAZİRLİYİ REAKSİYA VERDİ
Tarix: 7-10-2011, 15:58 |
Çap et
İSMƏT ABBASOVUN KANTORU YOXLANILMIR
Azərbaycan Maliyyə Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyində və onun tabeçiliyində olan təşkilatlarda son dövrlərdə yoxlamalar aparılmayıb. Bu barədə «APA-ECONOMICS»ə son günlər bəzi mətbuat orqanlarında Maliyyə Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyində yoxlamalar aparması barədə gedən xəbərlərə münasibət bildirən Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev məlumat verib.
«Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2010-cu və 2011-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində və onun tabeçiliyində olan təşkilatlarda hər hansı bir nəzarət tədbiri aparılmayıb», - deyə M.Piriyev bildirib.
Nazirliyin rəsmisi onu da qeyd edib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yalnız 2009-cu ildə dövlət büdcəsindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına ayrılan yardımların xərclənməsi və «Aqrolizinq» ASC-nin Saatlı «Aqroservis» filialında mineral gübrələrin paylanması üzrə yoxlamalar aparılıb.