MÜĞƏNNİMİZ EVLƏNMƏKDƏN QORXUR
Tarix: 29-03-2012, 12:14 |
Çap et
“MƏNİ YALNIZ YARADICILIQ MARAQLANDIRIR”
Gənc müğənni Elçin Cəfərov bu il subaylığın daşını atmaq fikrində deyil.
Day.Az-ın verdiyi məlumata görə, o, bunu yerli telekanallardan birinə açıqlamasında bildirib. İfaçı «arzularının qadını»nı tapmağın asan olmadığını etiraf edib:
«Ürəyim hələ ki, boşdur. Məni yalnız yaradıcılıq maraqlandırır. Düşünürəm ki, 27 yaş evlənmək üçün tezdir. Hələ subaylığın dadını çıxarmaq olar».
E.Cəfərov pərəstişkarlarını itirməkdən qorxduğu üçün də ailə qurmağı arzulamadığını söyləyib.