MİLLƏTİN QUMAR HƏVƏSİ QIZIŞIR
Tarix: 29-03-2012, 13:10 |
Çap et
AMMA “AZƏRLOTEREYA”NIN GÖSTƏRİCİLƏRİ PİSLƏŞİB
2011-ci ildə lotereya üzrə inhisarçı “Azərlotereya” ASC-nin maliyyə göstəriciləri kəskin pisləşib Bilet satışından gəlirlər 35,4% azalıb.
İqtisadi İnkişaf Nazirliyi (“Azərlotereya” ASC-nin təsisçisi) şirkətin 2011-ci il göstəricilərini açıqlayıb. Ötən il lotereya bileti satışından gəlirlər 19 159,6 min manat olub. 2010-cu ildə bu göstərici 29,7 mln manat idi.
2011-ci ildə satılan 18,5 mln lotereyanın uduş fondu 12 324 min manat və ya satılan biletlərin qiymətinin 64%-i qədər olub. 3 283 min bilet uduşlu olub.
Strukturu göstərilməyən əməliyyat xərcləri 5 850,7 min manat olub.
Maraqlıdır ki, 2011-ci ildə 770 min manatlıq uduşun vaxtı keçib. Bunu nəzərə alaraq 2011-ci ildə şirkətin balans mənfəəti 1 753,2 min manat təşkil edib. Bu, 2010-cu ildəkindən 32% azdır.
2010-cu ildə 211, 2011-ci ildə 91 minik avtomobili oynanılıb.