VAQİF MUSTAFAYEVƏ SƏRT İTTİHAM
Tarix: 30-03-2012, 11:49 | Çap et
“KİNO ÇƏKMƏK ƏVƏZİNƏ “SPACE”DƏ OTURUB PUL QAZANIR”
Son illər Azərbaycanda müxtəlif bədii filmlər, bir sıra yeni seriallar çəkilsə də, onların səviyyəsi tamaşaçıları qane etmir. Xalq artisti, prezident təqaüdçüsü Elmira Şabanova da Azərbaycan kinosunun bugünkü səviyyəsindən razı deyil. Elmira Şabanova Modern.az saytına müsahibəsində başqa maraqlı məqamlara da toxunub.
- Elmira xanım, Azərbaycan kinosunun bugünkü səviyyəsi sizi qane edirmi? Son illər çəkilən filmləri bəyənirsinizmi?
- Azərbaycan kinosu tənəzzülə uğrayıb. Demək olar ki, son illər heç bir maraqlı film çəkilməyib. Yavər Rzayevin çəkdiyi “Qocalar” filmini nisbətən maraqlı ekran əsəri saymaq olar. Mən də bu filmdə rol almışam. Amma yaradıcı heyət təcrübəsiz olduğu üçün film uğur qazana bilmədi.
- Sizcə, yaxşı film çəkmək üçün nə etmək lazımdır? Axı, Azərbaycan kinosunun zəngin ənənəsi var...
- Yaxşı filmi yaxşı rejissor çəkə bilər. Qocaman rejissorların çoxu dünyasını dəyişib. Üzdə olan digər rejissorların isə işləmək üçün heç bir şəraiti yoxdur. Kino çəkmək çətin işdir. Kinoda fantaziya olmalıdır. Rejissorun əlində yaxşı ssenari olmasa, o, yaxşı film çəkə bilməz. Təəssüf ki, gənc rejissorların əksəriyyəti təcrübəsiz, ssenaristlər isə bacarıqsız olduğu üşün Azərbaycan kinosu inkişaf edə bilmir.
- Amma bir müddət əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda kino sənayesinin sürətlə inkişaf etdiyini bildirmişdi...
- Əbülfəs Qarayev yaxşı adamdır. Hər halda Polad Bülbüloğludan pis nazir deyil. Kino səneyesinin geriləməsinin günahını onun üzərinə atmaq doğru deyil. Nazirlikdə kino yaradıcılığına məsul olan şöbə var. Bu problemlərlə həmin adamlar məşğul olmalıdırlar. Amma həmin adamlar kinonun nə olduğunu bilmədikləri üçün belə acınacaqlı vəziyyət yaranıb.
- Bəlkə məsuliyyətin yarısnı da rejissorların üzərinə qoyaq...
- Rejissorların çoxunu pul maraqlandırır. Kinoda isə pul olmadığı üçün heç kim bu sahəyə can yandırmır. Elə götürək Vaqif Mustafayevi. Vaqif istedadlı rejissordur. Amma bədii film çəkməyə həvəs göstərmir. Ona pul lazımdır. “Space” televiziyasında oturub pulunu qazanır.
- Bəs, Kinematoqrofçular İttifaqının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Əgər siz xatırlatmasaydınız, Kinematoqrafçılar İttifaqının mövcudluğunu tamamilə unudacaqdım. Bu qurumun hansı işlə məşğul olduğu mənə aydın deyil. Bir qrup adam kabinetdə oturub, maaş alır. Eşitdiyimə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Kinematoqrofçular İttifaqının arasında konflikt var. Bunlar onları bəyənmirlər, onlar da bunları. Bunun ağrısını isə Azərbaycan kinosu çəkir.
- Son illər Azərbaycanda serial çəkilişinə maraq artıb. Yerli serialları izləyirsinizmi?
- Azərbaycanda çəkilən serialların səviyyisi çox aşağıdır. Heç bir seriala axıra kimi baxa bilmirəm. Rejissor işi zəifdir. Aktyorların əksəriyyəti isə təcrübəsiz olduğu üçün yeni çəkilən seriallar populyarlıq qazana bilmirlər.
- Yəqin bu, ilk növbədə ənənələrin olmaması ilə bağlıdır. Bir də mənə elə gəlir ki, bizim serial qəhrəmanları daha çox təqlidçiliyə yol verirlər.
- Haqlısınız. Azərbaycan serialları Türkiyə seriallarının uğursuz variantıdır. Aktyorlarımız özlərini türklərə oxşatmaq istəyirlər. Halbuki, Türkiyədə çox səviyyəli seriallar çəkilir. Məsələn, mən “Möhtəşəm yüzıl”ı maraqla izləyirəm. “Aliyə” də ən çox bəyəndiyim türk seriallarında biridir. “Haziran gecəsi” də yaxşı serialdır. Bəs, bizimkilər nə çəkirlər? “Küləklər şəhəri” adlı bir serial var. Bu seriala baxanda az qalır ki, adamın ürəyi ağzına gəlsin. Nə qədər baş kəsmək, adam öldürmək olar? Ekran əsəri həm də tamaşaçını tərbiyələndirməlidir. “Küləklər şəhəri”nə baxan gənc ordan hansı tərbiyəni götürə bilər? Bu serialın ssenarisi də çox zəifdir. Serialda çəkilən adamların aktyorluq sənətinə yaxından-uzaqdan heç bir dəxli yoxdur.
- Elmira xanım, tamaşaçılar sizi daha çox “Gəlinlər” tamaşasındakı Şərəf obrazı ilə tanıyırlar. Azərbaycan səhnəsinin ən stajlı qaynanalarından biri kimi “Qaynana” serialını necə qiymətləndirirsiniz?
- “Gəlinlər” tamaşası efirə gedəndən sonra rəhmətlik Nəsibə Zeynalova zəng vurub, məni təbrik etdi. Dedi ki, Elmira, mən əzazil qaynana yaratmışdım, amma səm müdrik qaynana oldun. İnanırsınız, bu tamaşa yaxşı mənada çox ailələrin taleyində rol oynadı. Amma “Qaynana” serialı haqqında bu sözləri söyləmək mümkün deyil. Sənubər yaxşı aktrisa olsa da, serial maraqlı alınmayıb. Hətta bəzən çox şit səhnələr olur. Mən bu serialı da axıra kimi seyr edə bilmirəm.
- Yerli seriallarda çəkilmək üçün dəvət alırsınızmı?
- Məni tez-tez müxtəlif seriallara dəvət edirlər. Hətta bir müddət öncə Yuli Qusman da mənə rol təklif etmişdi. Amma həmin rolu bəyənmədiyim üçün Qusmanın təklifini qəbul etmədim. Düşük, səviyyəsiz, şit seriallarda çəkilməyi özümə sığışdırmıram. Əgər mənə təklif olunan hansısa rol ürəyimcə olsa, məmnuniyyətlə sənətə qayıdaram.
- Amma Sizin səviyyəsiz hesab etdiyiniz seriallarda çəkilən xalq artistləri də var...
- Mən, heç kimi qınamıram. Aktyor insandır. O, hardasa işləyib pul qazanmalıdır. Serial çəkilişi ilə məşğul olan adamlar əsasən tanınmamış aktyorlarla işləməyə üstünlük verirlər. Onlar beş-on manat alıb, istənilən rolda çəkilməyə razılıq verirlər. Əsasən ucuz işçi qüvvəsindən istifadə edən rejissor bir-iki tanınmış aktyoru da seriala cəlb edib, özünü sığortalamaq istəyir. Yaşar Nuri kimi istedadlı aktyorun “Bacanaqlar” serialında nə işi var? Yaşar səhnədən ayrı qala bilmədiyi üçün bu serialda çəkilməyə razılıq verdi. Sonra nə baş verdi? Yaşar Nuri belə düşük bir serialda çəkildiyi üçün xəstələndi. Aktyoru tamaşaçı məhəbbəti yaşadır. Amma indi çəkilən seriallarda rol alan aktyorlar tamaşaçıların rəğbətini deyil, nifrətini qazanırlar.
Seymur VERDİZADƏ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
|