MÜĞƏNNİLƏRİN PLASTİK ƏMƏLİYYAT DAVASI
Tarix: 2-04-2012, 13:45 |
Çap et
ZÜLFİYYƏ AYGÜNÜN TƏKLİFİNİ RƏDD ETDİ
Xalq artisti Aygün Kazımova həmkarı Zülfiyyə Xanbabayevaya plastik cərraha müraciət etməsini məsləhət görüb.
Məlumata görə, A.Kazımova yerli telekanallardan birinə açıqlamasında bu fikrini belə əsaslandırıb: "Vaxtilə Zülfiyyə arıq və qamətli idi. Amma bu, o vaxt idi. İndi onu plastik əməliyyata getməyə razı salmağa çalışsam da, razılaşmır. Anlamıram, burada qorxulu nə var ki?"
Z.Xanbabayeva isə öz növbəsində cərrah bıçağı altına uzanmaqdan qorxduğunu etiraf edib. Onun sözlərinə görə, qorxmasa, rəfiqəsinin məsləhətini çoxdan yerinə yetirmişdi. Xalq artisti hesab edir ki, əməliyyatdansa, pəhriz saxlamaq yaxşıdır.