ŞOU-BİZNESDƏ ƏJDAHANIN DİŞİSİ DƏ PEYDA OLDU
Tarix: 6-04-2012, 12:51 |
Çap et
LEYLA RAMAZANLI ÖZÜNƏ TİTUL VERDİ
Gənc müğənni Leyla Ramazanlı yerli şou-biznes nümayəndələri arasında özünü "əjdaha" sayır.
Məlumata görə, o, bunu yerli telekanallardan birinə açıqlamasında bildirib.
«Açığı, mən titulların əleyhinəyəm. Çünki tamaşaçı kimin kim olduğunu görür. Sadəcə, Əjdaha ilində doğulmuşam və layihələrimlə, mahnı və kliplərimlə səhnədə çox şeyə nail olmuşam. Buna görə də özümü səhnəmizin əjdahası saymağa haqqım çatır. Qoy sözümü kim necə istəyir, elə də başa düşsün», - deyə ifaçı qeyd edib. / Day.az /