RÖVNƏQ ABDULLAYEV YENİDƏN HÜCUMA KEÇDİ
Tarix: 6-04-2012, 13:47 |
Çap et
SULUTƏPƏDƏ QARŞIDURMA; EVLƏR SÖKÜLÜR
Bu dəqiqələrdə Sulutəpə ərazisində (Xocasən yolunun üstü) yaşayan sakinlərin evlərinə SOCAR-ın əməkdaşları hücum çəkib. Bu barədə gunxeber.com-a Sulutəpədə yaşayan sakinlər məlumat verib:
“Vətəndaşların evlərini sökməyə polis də kömək edir. Juranlistlər təcili bura gəlsinlər və hadisəni işıqlandırsınlar. İnsanları məcburi evləridən çıxardırlar. Hamı narazılıq edir. Vəziyyət kritikdir. Bir neçə nəfər polis tərəfindən döyülüb”.
Qeyd edək ki, Neft Şirkətinin əməkdaşları buradakı evləri bir neçə dəfə sökməyə cəhd edib. Dəfələrlə sakinlər fiziki zorakılığa məruz qalıblar.