“EFİRLƏRİNİ GİC-GİC VERİLİŞLƏRLƏ DOLDURURLAR”
Tarix: 6-04-2012, 17:02 |
Çap et
ZİYAFƏT ƏSGƏROV TELEKANALLARI İTTİHAM EDİB
“Televiziya kanalları Milli Məclisin iclasının yalnız birinci hissəsini çəkməyə gəlirlər. Gəlirlər görək ki, kim-kiminlə dalaşacaq. Onları qalmaqallar maraqlandırır. Efirlərini gic-gic verilişlərlə doldururlar”.
Bu fikirləri Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında parlamentin I vitse-spikeri Ziyafət Əsgərov deyib.
“Ancaq yaxşı olardı ki, onlar Milli Məclisdə müzakirə edilən, qəbul olunan qanunların izahatı, təbliği ilə məşğul olsunlar. Bəzən qanunlarımızın dili ağır olur, onları heç də hamı başa düşə bilmir. Televiziya jurnalistləri bu məsələyə fikir versələr, yaxşı olar” – deyə, o, qeyd edib.