PƏNAH HÜSEYNDƏN ŞOK AÇIQLAMA
Tarix: 8-04-2012, 15:31 |
Çap et
«MİTİNQ TƏXİRƏ SALINA BİLƏR»
DİA.AZ: - Məlum olduğu kimi bugünkü aksiya polis tərəfindən ciddi nəzarət altındadır və polis mitinq iştirakçılarını xüsusi detektorlar vasitəsilə bir-bir yoxlayır. Bu isə mitinqin təşkilatçısı olan İctimai Palata rəhbərliyinin narazılığına səbəb olub.
Bu barədə DİA.AZ-a açıqlama verən Pənah Hüseyn bildirib ki, polis bu yolla mitinqi əngəlləyir: «Düzdür bu polisin səlahiyyətlərinə aid məsələ deyil. Siyasi məsələdir. Amma vəziyyət belə davam edərsə, mitinq iştirakçılarının meydana gəlişi əngəllənərsə, o zaman biz mitinqi təxirə sala bilərik».