NADİR QAFARZADƏ DİAQNOZ QOYUR
Tarix: 9-04-2012, 13:30 |
Çap et
O, ŞOU-BİZNESİ YAYILMIŞ “VİRUS” ADLANDIRIB
Populyar müğənni Nadir Qafarzadə yerli telekanallardan birinə açıqlamasında Azərbaycan şou-biznesini "ifaçılar arasında yayılmış virus" adlandırıb.
Məlumata görə, o, «hətta həkimlərin də bu xəstəliyin müalicəsinin yolunu bilmədiyini» söyləyib:
«Onun adı ikiüzlülükdür. Onların bir yox, milyon sifəti var. Kimisə bir dəfə bağışlaya bilərsən. Amma sonra anlayırsan ki, bu, dəfələrlə təkrarlanacaq. Sabah nəyin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Onların yalançı gülüşlərindən yorulmuşam. Nəticədə mən də onların üzünə yalandan gülümsəməli oluram və bundan üzümdə qırışlar yaranır».