Ziya Məmmədovun ayırdığı pullar kimin cibinə gedir? – Onlara hədə-qorxu gəldilər
Tarix: 10-08-2016, 10:24 |
Çap et
Azərbaycanın kişilərdən ibarət voleybol üzrə yığma komandasının problemləri davam edir. Kişi voleybolçulara rəhbərlik tərəfindən hədə-qorxu gəlinib. Hurriyyet.org-un məlumatına görə, Ziya Məmmədovun rəhbəri olduğu federasiyadakı problemlərin mətbuata çıxarılması rəhbərliyin acığına gəlib.
Hətta voleybolçu kşilər Elşən İsmayılovdan da şikayətçidirlər. Kişilərdən ibarət voleybol millisi E.İsmayılova tapşırılıb. O da voleybolçular üçün ayrılan pulların çoxunu mənimsəyir.
Hətta idmançılar forma problemi də yaşayırlar.
Məsələ ilə bağlı kişilərdən ibarət milli komandanın meneceri Şahbuz Aydəmirovla əlaqə saxlamağa çalışdıq. Ş.Aydəmirov yarımsaat sonra problemlə bağlı məlumat alıb xəbər verəcəyini dedi.
Ancaq komandanın meneceri suallara cavab verməkdən boyun qaçırdı. Nə qədər cəhd etsək də, Şahbuz Aydəmirov zənglərimizə cavab vermədi.
Azərbaycanın kişilərdən ibarət milli komandasının üzvü Elmin Alişanov Hurriyyet.org-a açıqlamasında bunları dedi: “Şahbuz Aydəmirov da onların adamıdır. Bizim qabağımızı kəsməyə çalışırlar”.