Yenə o tağ olaydı... - Tahir Kərimova ard-arda zərbələr...
Tarix: 2-09-2016, 09:22 | Çap et
Salyan Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Tahir Kərimov hələ vəzifədə olarkən oğlu Həmzə Kərimovla bağlı qalmaqallı məsələlər medianın gündəminə gəlirdi. Həmin məlumatlarda qeyd olunurdu ki, SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri olan Həmzə Kərimovun nurçularla əlaqələri var. Həmçinin Həmzə Kərimovun Rumıniyadakı səfirliyimizlə kəllə-kəlləyə gəlməsi barədə də məlumat yayılmışdı. Qeyd edək ki, 2013-cü ildə “Yeni Müsavat”da “Eldar Həsənovun Rumıniyadan getməsinin əsas sirri açıldı” başlıqlı yazıda isə bildirilirdi ki, Eldar Həsənov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı nümayəndəliyinin rəhbəri Həmzə Kərimovla yola getmədiyi üçün bu ölkədən uzaqlaşmaq məcburiyyətində qalıb. Yazıda qeyd edilirdi ki, Həmzə Kərimov Rumıniyaya gedəndən sonra işini səfirlə koordinasiya etməyib, öncədən aldığı təlimat üzrə Eldar Həsənova saymazyanalıq göstərib, tamamilə bildiyi kimi fəaliyyət göstərib, həmçinin vaxtaşırı Eldar Həsənovun guya Rumıniyada Azərbaycanı layiqincə təmsil edə bilməməsi haqda donoslar yazıb. Səfir də bu məsələyə heç də müqavimətsiz dayanmayıb, Həmzə Kərimovun korrupsiya əməliyyatlarını ifşa etməyə çalışıb, onun yarıtmaz fəaliyyəti haqda hökumətə məlumatlar verib. Bildirək ki, Tahir Kərimov vəzifədə olduğu müddətdə oğlu haqda mətbuatda yayılan məlumatların qarşısını bir sıra üsullarla ala bilirdi. Lakin o icra başçısı postundan kənarlaşdırıldıqdan sonra oğlu haqda bir-birindən ilginc informasiyalar yayılmağa başlayıb. Özəl mənbələrdən gundelik-baku.com-a daxil olan məlumatlarda isə qeyd olunur ki, SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri olan Həmzə Kərimovun adı qalmaqallı cinayət işinə qarışıb: «Belə ki, sabiq icra başçısının oğlu Həmzə Kərimov, eləcə də Tahir Kərimovun baldızı oğlu Bayram adlı şəxs və 2 Rumıniya vətəndaşı SOCAR-la əlaqəli olan xarici şirkətlərlə əlaqəyə girərək maxinasiyalara imza atıblar. Deyilənə görə, bu əməliyyatın nəticəsində 38 milyon mənimsənilib. Mənimsəmə faktı ilə bağlı artıq 20 gündür ki, istintaq aparılır. Bununla bağlı olaraq Rumıniyada 3 vətəndaş həbs olunub. Həmzə Kərimovun isə Azərbaycana qaçdığı bildirilir. Həmçinin Tahir Kərimovun digər oğlu Tural Kərimov da bu yeyintidə ittiham olunaraq iyun ayının 28-də Rumıniya polisi tərəfindən həbs olunub. Keçmiş icra başçısı 7 gündür ki, Rumıniyada vəkil tutaraq işin ört-basdır edilməsinə çalışır. Mənimsənilən pulun Həmzə Kərimova düşən hissəsi- 19 milyondan çoxu Tahir Kərimov tərəfindən ödənilib. Bununla bağlı oradan sorğu verilib. Sabiq məmurun oğlu SOCAR-ın adından götürdüyü pulları öz işlərinə sərf edib». Məlumatlı mənbə vurğulayır ki, SOCARı-n Rumıniyadakı nümayəndəliyinin rəhbəri mənimsədiyi vəsaitlərlə özünə Almaniyada geniş biznes şəbəkəsi yaradıb. Bundan başqa, onun xaricdən Azərbaycana dərman preparatları idxal etdiyi də yayılan məlumatlar arasındadır. Mənbəmiz vurğulayır ki, Tahir Kərimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissəsilə ölkə daxilində biznes imperiyası yaradıb. Nəzərinizə çatdıraq ki, Həmzə Kərimovun ortaqlarından birisə milliyyətcə erməni olan Nersesyan Eduard (Edik-red) adlı şəxs olub. Əldə olunan gəlirlərin çox hissəsini Həmzə Kərimov İrəvanda biznes açmaq üçün Nersesyana verib. Bu isə ən böyük cinayət hesab olunur. Bundan başqa, Kərimovların Qusarda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində geniş biznes strukturlarının olduğu iddia edilir. Məlumatlardan belə aydın olur ki, Kərimovlar ailəsinin Qusarda üst-üstə 20 hektardan artıq alma-üzüm bağları var. Tağıyev (Nasosnı) qəsəbəsində yerləşən balıq hisə vermə zavodu da Tahir Kərimovun ailə müəssisəsidir. Eyni zamanda Xudatdakı balıq zavodunun da sabiq məmur tərəfindən ələ keçirildiyiə dair iddialar var. Rumıniyada baş vermiş qalmaqallı cinayət hadisəsi ilə bağlı Tahir Kərimovun münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Onu tapa bilmədik. İddialara əsasən, sabiq icra hakimi vəhhabilərlə bir yerdə gəzir və son günlər saqqallı gəzir. 38 milyonluq yeyinti faktı ilə bağlı gundelik-baku.com-a yeni və sensasion sayıla biləcək məlumatlar daxil olub. Məlumatda qeyd olunur ki, bu cinayət hadisəsi ilə əlaqədar olaraq Tahir Kərimovun daha bir oğlu Rumıniya polisi tərəfindən saxlanılıb. Mənbəmiz deyir ki, aşkara çıxarılan yeyinti faktı artıq SOCAR rəhbərliyinə də çatıb və yaxın günlərdə şirkətin bu ölkədəki nümayəndəliyinin rəhbəri Həmzə Kərimovun yerinə başqası təyin edilə bilər. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yeni bilgilər əldə edən kimi sizlərlə də paylaşacağıq. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
|