Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                 

Xanım professor ittihamlara CAVAB VERDİ - "Ağın çıxarmasınlar"
Tarix: 18-10-2016, 08:59 | Çap et
Xanım professor ittihamlara CAVAB VERDİ
Bir neçə gün əvvəl mediada professor Aida Qasımova BDU-nun ərəb filologiyası kafedrasının dosenti, Şərqşünaslıq fakültəsinin Elmi Şurasının katibi Könül Məmmədovanın 2014-cü ildə nəşr olunmuş “Məhəmməd ibn Səllam əl-Cumahinin “Tabaqatu Fuhuliş-şüəra” əsərinin ərəb ədəbiyyatşünaslığı tarixində rolu” adlı dərs vəsaitindəki plagiat faktları olması iddiasını irəli sürüb.
Lakin əsərin müəllifi BDU-nun ərəb filologiyası kafedrasının dosenti, Şərqşünaslıq fakültəsinin Elmi Şurasının katibi Könül Məmmədova Aida xanımın fikirlərinə etiraz edərək yazılr, əslində plagiat hər hansı bir müəllifin əsərində irəli sürdüyü müddəalar, mülahizələr və fikirlərinin başqası tərəfindən olduğu kimi təkrarlanıb, öz adına çıxması deməkdir: “Kitabımda A. Qasımovanın plagiat kimi qələmə verdiyi sitatlar müxtəlif mənbələrdən götürülmüşdür. Həqiqətən, onlara İ.M.Filştinski və Əhməd Kömürçü də müraciət etmişlər. Bildirməliyəm ki, bu mənbələrə yuxarıda göstərilən müəlliflərdən əvvəl də öz mövzusuna uyğun olaraq, həm ərəb ədəbiyyatşünüsları, həm də bəzi dünya şərqşünasları istinad etmiş və gələcəkdə də edəcəklər. Bu sahədə nə İ.M.Filştinski, nə də Əhməd Kömürçü birinci deyillər.
Mənim kitabımdakı “ibtidai (“ilk”- mənasında) ərəb – islam tədqiqatçıları” ifadəsini ərəb ədəbiyyatşünasları özləri də işlətmişlər”.
Daha sonra Könül xanım kitabının redaktoru professor E.Əzizovun kitabı redaktə edərkən üzə çıxartdığı səhfləri müəllifin diqqətinə çatdırdığını qeyd edərək yazır:
“Aida xanım kitabdakı cümlələrə qəsdən anlamaq istəmədiyi üçün “anlaşılmaz” damğası vurub.
İstənilən tədqiqat işində cüzi və gözdən qaçan nöqsanlar ola bilər. Lakin bunları xeyirxahlıqla müəllifə bildirmək lazımdır.
Bəs niyə prof. A.Qasımova kitabın mövzusuna mənə qədər nə sabiq sovet, nə də Azərbaycan şərqşünaslığında geniş tədqiqat işi yazılmadığını qeyd etməyib?
Özünə hörmət edən alim hər hansı bir kitab haqqında ya mənfi, ya da müsbət fikirdə olmalıdır. Lakin prof. A.Qasımova ovqatından asılı olaraq, eyni bir əsər haqqında bir dəfə müsbət, başqa vaxt isə əksinə mənfi rəy yazmağa adət edib. Vurğulamaq istərdim ki, ölkədə elm və təhsil sahəsində həyata keçirilən uğurlu siyasətin, eləcə də gənc alimlərə göstərilən dövlət qayğısının təbliği ilə məşğul olmaqdansa, professor Aida xanımın elm sahəsində xidmətləri olmuş şəxslərə qarşı dəfələrlə qərəzli mövqedən çıxış etməsi gənc alim kimi məndə bir təəssüf hissi doğurur.
Bir məqamı da qeyd etmək istərdim ki, A. Qasımova “Ərəb ədəbiyyatşünaslığı: diqqətə ehtiyacı olan elm sahəsi” başlıqlı məqaləsində əsərin müzakirəsi zamanı ABŞ-da olmasını əsas gətirib iştirak edə bilmədiyini qeyd etsə də, 2008-ci ildə həmin elmi işin müdafiəsində professor kimi öz rəyini bildirib ona yüksək qiymət verib”.
Teref.info ona təqdim edilən nəşr variantının hələ 2008 – ci ildə “Məhəmməd ibn Səllam əl-Cüməhinin “Tabaqatu fuhuliş – şüərail- cəhiliyyin vəl – isləmiyyin” əsərinin ərəb ədəbiyyatı tarixində rolu” mövzusunda dissertasiya müdafiəsi zamanı prof. Aida Qasımovanın çıxışının həm stenoqramasını, həm də video görüntülərini təqdim edir:

Xanım professor ittihamlara CAVAB VERDİ

“Könül xanımın müdafiəyə təqdim etdiyi dissertasiyası ümumiyyətlə bizim ərəbşünaslığımızda çox az işlənən mövzulardan birinə həsr olunub. Daha çox ədəbiyyat tarixi tədqiqat obyekti olub. Amma Könül xanımın bu işi birbaşa ədəbiyyatşünaslıqla, ərəb ədəbiyyatının öyrənilməsi ilə bağlıdır. Azərbaycanda bu bardə yazılmış indiyə qədər üçüncü işdir. Birinci iş Mahirə xanımın “Səkkakinin “Miftəhul-ulum” əsərinə həsr olunmuş tədqiqat işidir. İkinci iş isə bu yaxınlarda müdafə edən Əhməd Kömürçünün “Qudamə ibn Cəfərin “Naqduş-şeir” əsəridir. Bu isə üçüncü bir əsərdir. Çox qəribədir ki, xronoloji cəhətdən baxanda Mahirə xanım XII-XIII əsrlərin qovşağında yaşayan bir ədəbiyyat tənqidçisinin Əhməd Kömürçü isə X əsrdə yaşayan tənqidçinin yaradıcılığını və həyatını öyrənib. Könül xanımın işi isə ondan daha əvvələ gedir. O mənada demək istəyirəm ki, xronoloji baxımdan yanaşanda Könül birinci kökündən başlayıb. Yəni bu əsər ərəb ədəbiyyatşünaslığında ərəb ədəbi tənqidinin öyrəniləsinə həsr olunmuş ilk əsərdir. Bu əsəri tədqiq etmək özü bir sıra çətinliklərlə bağlıdır, çünki əsər özü tədqiqat üçün geniş material verən bir əsər deyil. Yəni burada əsas şairlərin adları çəkilir, onlar təbəqələrə bölünür – cahiliyyə şairləri, islamda yaşayan şairlər və s. Könül xanım elə bil bir xam torpağı şumlamış, çox əziyyət çəkmiş, lakin nəticədə gözəl bir tədqiqat əsəri yazmışdır. Əvvəla Könül xanımın işinin məziyyəti odur ki, o, özündən əvvəlki ədəbi tənqidi ədəbiyyatşünaslığın nümunələri ilə müqayisədə öyrənmiş, özündən sonrakılarla müqayisə etmişdir. Əsərin digər məziyyəti də ondan ibarətdir ki, İbn Səllam Əl Cüməhi Vasim müəllimin də qeyd etdiyi kimi yalnız ədəbiyyatşünas kimi tanınmır, onun Quranla bağlı, Quranda arxaik sözlərin öyrənilməsi və s. xidmətləri olmuşdur. İslam mədəniyyəti sahəsində xidməti olan belə bir böyük şəxsiyyətin həyat və yaradıcılığını Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə öyrənən bizim hörmətli Könül Məmmədova olmuşdur. Mən bu işlə tanışam, yəni bundan əvvəl kafedrada bu işlə tanış olmuşuq. Hər bir müzakirədən sonra da əsər cilalanıb, indiki görkəminə gəlib çatmışdır. Bu əsəri mən bəyənirəm. Sözsüz ki, mən K.Məmmədovanın lehinə səs verəcəm. Bundan əlavə mən K.Məmmədova ilə birlikdə işləyirəm. Müəlliməsi olmuşam. Həmişə çalışqanlığı ilə fərqlənən biri olub. Mən bilirəm ki, bu hələ axır nöqtə olmayacaq, bundan sonra da işləyəcək.
Mən bütün həmkarlarımı K.Məmmədovaya səs verməyə çağırıram. Həm əsərin məziyyətinə görə, həm də özünün müsbət keyfiyyətlərinə görə”.




DİA.AZ bildirir ki, bütün bu ittihamlara Aida Qasımova cavab verib. Saytımıza açıqlamasında professor bunları deyib:

"Doqquz ilin videosun tapıb yerlışdiriblər ki, indi səviyyəsiz dediyi bir işi vaxtilə tərifləyib. Doqquz aylıq hamilə bir qadını gətirib müdafiə etdirdilər. Əleyhinəmi danışacaqdım? Hamı bilir ki, hamiləlik də müdafiə şurasına təsirin bir növüdür. Fikirləşirdim ki, həvəsdən salmaq olmaz. O işi təkcə mənmi tərifləmişəm? Əslində ən zəif tərif elə mənim çıxışımdır.

Düzdür, dissertasiya kafedrada müzakirə olunub. Yadımdadır, birinci müzakirədə ciddi qeydlərim olmuşdu. Amma qeydlər havada qaldı. Kitab da həmin əsər deyil. O, dissertasiya idi, bu dərs vəsaiti. Dərs vəsaiti daha da diqqətli olmağı tələb edir. Azından dərs vəsaitini açıb baxan olur. Həmin dərs vəsaiti, ümumiyyətlə, kafedrada müzakirə olunmayıb.

İkincisi, tutaq ki, durub tənqid edəcəkdik. Tənqidin nəticəsi olacaqdımı?

Mənim məqaləmdəki plagiat faktları isə hamısı cavabsız qalıb. Əgər bu faktlar dissertasiyada da olubsa, rəhbərlər hara baxıblar?

Könül Məmmədova həqiqətən də təzə vaxtlar çox çalışırdı. Amma zəif idi. Ondan çox savadlı olan Nigar Rzayeva Könülə ərəb dili öyrədirdi. Nigar hələ yarım ştatdır. Müdafiə də etməyib. Könül isə doktorluğun bir addımlığındadır. Arxasında duranlar var. O. nə dil öyrənə bilmədi, nə də ədəbiyyat. Amma kafedranın işlərin yaxşı bacarır :) Sonra öyrənmək dayandı. Əvəzinə plagiat başladı. Gözə kül üfürü-üfürə tam ştat müəllim etdilər. Sonra baş müəllim, dosent. Halbuki ondan qat-qat savadlı 7-8 müəllim 10 ildən çoxdur yarım ştat qalıb. İldırım surəti ilə dosentlik. Yazılan kitablara həmmüəlliflik. Növbədə doktorluq durur.
Mənim dediyim odur ki, ayıbdır, heç olmasa dosentlikdə, namizədlikdə dayansınlar. Ağın çıxarmasınlar".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru