“Yas yerinə də “Stefano Ricci” geyinən” keçmiş milyarder nisyə aldığı paltarların pulunu verə bilmir - FAKT
Tarix: 5-11-2016, 09:55 | Çap et
“Xəzər adaları” layihəsinin müəllifi, iflasa uğramış iş adamı Hacı İbrahim Nehrəmli qalmaqallı açıqlamaları ilə növbəti dəfə mətbuatın və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etdi. 1 milyard 200 milyon dollara yaxın şəxsi vəsaitini(Özünün iddia etdiyinə görə - red.), o cümlədən Azərbaycan Beynəlxalq Bankının yüz milyonlarla dollar kreditini “Xəzərə axıdan” keçmiş milyarder, bu dəfə dəbdəbəli geyimindən bəhs etməklə, gündəmə gəldi. Belə ki, Hacı İbrahim ölkə.az saytına açıqlamasında hətta yas yerinə gedəndə də başdan ayağa “Stefano Ricci” brendindən geyindiyini bildirib: “Mənim bütün geyimim “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” kimi tanınmış 4 brenddəndir. Bu brendlərin arasında isə ən çox “Stefano Ricci”-dən geyinirəm. Geyimimi özüm seçirəm. Hər zaman çalışıram ki, zövqlə geyinim. Geyimi hər zaman özüm almağı sevirəm. Geyindiyim paltarları isə həm xaricdən, həm də Azərbaycandan alıram. Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”. İbrahim Nehrəmli bahalı saatlar taxmağı xoşladığını da vurğulayıb: “Saatlarım “Vacheron Constantin” kimi dünyanın tanınmış brend firmalarındandır”. Hacı İbrahim yas yerinə də tanınmış brendlərdən geyinib getdiyini deyir: “O gün bir yas yerinə getmişdim, başdan ayağa “Stefano Ricci”-dən geyinmişdim. Ayaqqabımın da üzərində “Stefano Ricci” yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də “Stefano Ricci” geyinirəm”.
“Çarıqlı milyarder” köhnə ampluasında
Xatırladaq ki, Hacı İbrahim Nehrəmli Azərbaycan Beynəlxalq Bankından aldığı yüz milyonlarla dollarlıq krediti hələ də qaytara bilmir. Bu məsələ ilə bağlı iş adamı bir müddət “Bandotdel”in zirzəmisində saxlanılsa da, sonradan sərbəst buraxıldı. Çünki Hacı İbrahimin Beynəlxalq Banka qaytaracaq nəinki milyonları var idi, heç onun qara qəpiyi də qalmamışdı. Bankdan götürülən pullar çoxdan Xəzər sularında əriyib getmişdi. Əlbəttə, Hacı “Bandotdel”dən buraxılsa da, Beynəlxalq Bank milyonlarını ona bağışlamamışdı. Əksinə, iş adamı 2,5 milyard dollara yaxın pul xərclədiyi “Xəzər adaları”nı Beynəlxalq Bankın girovluğuna verməklə, həbsdən canını qurtarmışdı. Odur ki, bu gün “çarıqlı milyarder” kimi tanınan Hac İbrahimin “Stefano Ricci”nin dəyəri on minlərlə dollarlıq gödəkçələrini yasa geyinməsindən, 150-200 min dollarlıq saat taxmasından danışması qəribə qarşılanmaya bilməzdi. Çünki, əgər onun hələ də pulu varsa, ilk növbədə aylarla "Xəzər adaları"ında işlətdiyi və pullarını verə bilmədiyi fəhlələrə olan borcunu qaytarmalıydı...
“Mən o cür müsahibə verməmişəm”
Maraqlıdır ki, brend firmaların geyimlərindən istifadə etdiyi haqda məlum açıqlamasından sonra sosial şəbəkələrdə qınaq obyektinə çevrilən Hacı İbrahim “Yeni Müsavat”a açıqlamasında belə bir müsahibə vermədiyini, onun adından yalan yazıldığını iddia etdi: “Əslində, heç mənim o müsahibədən xəbərim yoxdur. Onu haradansa götürüblər, o geyimləri də yazıblar. Mən iki ilə yaxındır xaricə getmirəm, ölkədən çıxışıma qadağa qoyulub. Xaricə getməmişəmsə, o brend paltarları haradan və necə almışam? Mən həmin saytın rəhbərliyi ilə əlaqə saxladım, onlar bu materialı “New York Times” qəzetində çıxmış müsahibəmdən götürüb, hazırlayıblar. Yeni formada veriblər” – deyə Hacı vurğulayıb. Göründüyü kimi, Hacı İbrahim sözügedən fikirlərin ona məxsus olduğunu inkar etmir, sadəcə, bu haqda “New York Times” qəzetinə müsahibə verdiyini bildirir. Təbii ki, bu da heç nəyi dəyişmir və ölkə.az saytının yalan yazdığı anlamına gəlməməlidir. Çünki bütün hallarda Hacı “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” kimi tanınmış firmaların geyimlərini aldığını təsdiq edir. İş adamı yerli deyil, məhz xarici firmaların geyimindən istifadə etməsini isə belə əsaslandırır: “Ölkəmizdə tekstil sənayesi inkişaf etmədiyindən, Azərbaycanda hamı xarici firmadan geyinir. Hamı kimi mən də hansısa firmadan geyinirəm. 20 il bundan əvvəl geyindiyim firmaların məhsullarından bu gün də istifadə edirəm. Burada heç bir qəbahət görmürəm. Hər kəs ürəyi necə istəyirsə, zövqlə geyinməyi bacarmalıdır. İstər bahalı firma, istər ucuzlu, fərq etməz. Mənim geyinim reklam mövzusu olmamalıdır”. Hacı İbrahim hesab edir ki, onun geyiminin müzakirə mövzusuna çevrilməsi sifarişlidir: “Görünür, ortada qərəz və sifariş var... Mən məmur deyiləm ki, xalq desin ki, əynindəki geyimi, sürdüyü maşını, yaşadığı evi hansı pulla alıb? Mən az qala 30 ildir ki, bizneslə məşğulam. Qazandığım pullardan özümə paltar da alacam, ayaqqabı da, avtomobil də. Bütün dünyada iş adamlarının, milyonçuların həyatı bahalı olur. Cəmiyyətdə buna normal yanaşılır. O cümlədən də mən qazandığım vəsaitə uyğun yaşayıram. Azərbaycanın ilk rəsmi biznesmenlərindənəm. Daxmada yaşayası deyiləm ki? Yaxud, ucuz paltar geyinməyəcəm ki?”
“Stefano Ricci” brendini almaq üçün xaricə getməyə ehtiyac var?
“Yeni Müsavat”a müsahibəsindən belə anlaşılır ki, “Xəzər adaları” layihəsinin müəllifini daha çox saytda dərc olunan aşağıdakı fikirlər narazı salıb: “Yazıblar ki, guya firmalar Hacı İbrahimə paltar saxlayırlar, o da gedib götürür, özü də xaricdə. Bu məlumatlar yalan olduğuna görə, mən narahat oldum. Ölkədən çıxa bilmirəmsə, xaricdən necə paltar ala bilərəm?!”. Lakin dəyərli oxucuların diqqətinə çatdıraq ki, ölkə.az saytında Hacı İbrahimin geyimlərini məhz xaricdən aldığı haqda heç bir fikir yoxdur. Sayt iş adamının fikirlərini olduğu kimi qeyd edir: “...Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”. Hacının açıqlamasından belə anlaşılır ki, o, xaricə çıxışına qadağa qoyulduğunu xatırlatmaqla, “haqsız olaraq” qınaq obyektinə çevrilməsinə etiraz edir. Əslində isə, hörmətli Hacı İbrahim daha yaxşı bilir ki, sözügedən brend firmaların geyimini almaq üçün hansısa Avropa ölkəsinə getməyə ehtiyac yoxdur. Çünki onların Bakıda da mağazaları fəaliyyət göstərir. Məsələn, “Stefano Ricci” brendini paytaxtda bir neçə fərqli ünvandan əldə etmək olar(FOTOLAR.) Təbii ki, bu səbəbdən də iflas etmiş milyarderin “Stefano Ricci” geyimlərini almaq üçün ölkədən kənara çıxmasına ehtiyac qalmır.
“Stefano Ricci” Hacıdan pulunu tələb edir
Şübhəsiz, belə olduğu şəraitdə iş adamına zəng edib “filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir”deyənlər heç də xaricilər olmayıb. Çox güman ki, Hacıya həmin zənglər sözgüdən firmaların Bakıdakı mağazalarından daxil olurmuş. Hətta Hacı İbrahim bu firmaların ən sevilən və ən “cibiqalın” müştərilərindən olduğundan, hətta ona aldığı malların pulunu bir müddət sonra ödəmək haqda güzəşt də edilirmiş.
Bu barədə “Hürriyyət”in əməkdaşını bilgiləndirən mənbənin sözlərinə görə, keçmiş milyarder bəzən bu mağazalardan hər hansı birinə il ərzində toplam 1 milyon dollara yaxın ödəniş edirmiş. Odur ki, Hacı bütün var-dövlətini və Beynəlxalq Bankdan aldığı milyonları “Xəzərə axıdaraq” müflis olduqdan sonra da bu mağazalar bir müddət onu nisyə geyimlə təmin ediblər. Lakin o, son bir il müddətində aldığı malların pulunu ödəmədiyi üçün həmin firmalarla Hacı İbrahimin arasında ciddi narazılıq yaranıb. Mənbənin sözlərinə görə, xüsusən də “Stefano Ricci” son vaxtlar Hacıdan israrla 100 minlərlə dollarlıq borcunu tələb edir. Bildirilir ki, Hacı hər dəfə qarşı tərəfdən 1 həftə, 10 gün vaxt istəsə də, hələ də borcunu qaytara bilmir. Bu baxımdan mənbə son günlər Hacı İbrahim Nehrəmlinin bahalı brendlərin geyimindən istifadə etdiyi haqda informasiyanın mətbuata sızmasını heç də təsadüf hesab etmir. Hansı ki, bütün bunlarla bağlı növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Sonda isə xatırladaq ki, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin başlatdığı çoxfunksiyalı “Xəzər adaları” layihəsinin 60 milyard dollara başa gələcəyi və tikintinin 2016-cı ilin sonunda yekunlaşacağı bildirilirdi. Hətta Rusiyanın NTV telekanalı xəbər verirdi ki, bu layihə əvvəlcədən təxmin edildiyindən də iki dəfə artıq - 125 milyard dollara başa gələ bilər. Xəzərdə salınacaq adalarda təxminən 1 milyon adamın yaşaya biləcəyi yaşayış kompleksi, ticarət-əyləncə obyektləri, o cümlədən hündürlüyü 1 kilometrdən çox olan (1050 metr) və hazırkı vəziyyətə görə dünyanın ən yüksək binası sayılacaq “Azerbaijan Tower” adlı göydələn inşa etmək planlaşdırılırdı. Həmin vaxt Xəzərdə salınacaq süni adalar üzərində dünyanın ən hündür binasının inşa ediləcəyi haqda xəbərlər xarici mətbuatda maneşt olmuşdu. “The Wahsington Post”, “The New York Times”, “The Financial Times” kimi nüfuzlu qəzetlər, “Forbes” jurnalı, “Bloomberg” agentliyi və digər xarici KİV-lər bu barədə xəbərlərə geniş yer vermişdilər. Hətta Hacı İbrahim Xəzərdə Heydər Əliyevin 13 metr hündürlüyündə heykəlini də qoymuşdu. “Bunu heç kim bilmir. Birinci dəfədir ki, sizə açıqlayıram. Əslində bunu cənab prezidentə sürpriz edəcəkdim. Ancaq bu gün sizə açıqladım” – deyə iş adamı mətbuata açıqlama vermişdi... ...Bu gün isə Hacı İbrahim geyim mağazalarına olan borcunu ödəmək iqtidarında deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
|