Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                 

Gədəbəydə “Müsibəti-Fəxrəddin” dramı davam edir – yeni faktlar
Tarix: 7-05-2018, 08:52 | Çap et
Gədəbəydə “Müsibəti-Fəxrəddin” dramı davam edir
Gədəbəyin icra başçısı Ramiz Yediyarov rayonda çalışan sahibkar Fəxrəddin Bağırova qarşı qanunsuzluqlarını davam etdirir. 6 ay əvvəl sahibkarın obyektinin qarşısına 1 maşın daş tökdürən başçı ticarət məkanının qapı-pəncərəsini, darvazasını hördürüb. Ötən müddət ərzində obyektin işi iflic olub, sahibkar Fəxrəddin Bağırov Bakıya gələrək rəsmi qurumlardan dəstək ümidi ilə ayları, günləri sayır.

10-a yaxın işçi də Gədəbəydə avara-sərgərdan gəzib-dolanır, sahibkarın Bakıdan geri qayıdacağını, iş yerlərinin qapı-pəncərələrinin, darvazalarının açılacağı günü gözləyirlər. Həmin işçilərdən biri də obyektdə sürücü işləyən 2 övlad atası, Qarabağ qazisi Şahin Bağırovdur. Sahibkar Fəxrəddin Bağırovun qardaşı olan Şahin Bağırov da digər işçilər kimi 6 aydır işsizdir, çıxılmaz durumdadır. Maşını icra başçısının qapı-pəncərəsini, darvazasını hördürdüyü obyektdə girova çevrilib. İşçilər obyekt Ramiz Yediyarovun qanunsuz göstərişi ilə blokadaya salınandan sonra hasardan aşmaqla oranı tərk edə bilsələr də, ağır tonnajlı nəqliyyat vasitəsini hasardan bu üzə keçirmək müşkülə çevrilib.

“Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında
“Gədəbəyin icra başçısı ”Müsibəti-Fəxrəddin"i yenidən yazır ..." sərlöhvəli reportajda (http://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html http://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html) bu haqda geniş söhbət açmışdıq. Hazırda vəziyyət dəyişməyib. Sahibkarın qardaşı Şahin Bağırov da çıxılmaz durum barəsində dövlət rəhbərliyinə məktub yazıb. Qarabağ müharibəsi veteranı Şahin Bağırovun prezident, ali baş komandan İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, müdafiə naziri Zakir Həsənova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova açıq müraciətində deyilir:

- Hörmətli cənablar, hörmətli Mehriban xanım.
1992-ci il mayın 6-da könüllü olaraq Milli Orduya yazılmışam. Sapyor - minabasdıran olmuşam. Gədəbəy cəbhəsində gedən bütün döyüşlərdə iştirak etmişəm. 1993-cü ildə Qalankənddə, yeni yolun üstündə 2 erməni əsgəri öldürmüşəm. 1994-cü ildə kəşfiyyatın qrupunun tərkibində Krasnoselskdən Berd rayonuna gedən asfalt yola 2 ədəd tank əleyhinə - “TEEM-57" mina, ondan 15 metr aralı 4 ədəd ”Ozem-72" markalı piyada əleyhinə mina basdırmışam. Həmin minalara 10-dan çox erməni düşüb. Göyəlli kəndində gedən döyüşlərdə 1 erməni əsgərini öldürüb meyitini gətirmişəm. Həmin dığanın qolunda “A Cidois” yazılmışdı. 1994-cü il avqustun 5-6-da Sümüklü postu uğrunda gedən döyüşlərdə həlak olmuş Hüseynov Aqil Baxşəli oğlunun meyitini erməni postunun yanından mən gətirmişəm. Sərhəd boyu 2 mindən çox mina basdırmışam.

“Mən ona görəmi döyüşdüm ki, bu gün Gədəbəyin icra başçısı gəlib mənə qoruduğum torpaqda yaşamağa imkan verməsin?”
Hörmətli cənablar, hörmətli Mehriban xanım.
Bunlar mənim müharibədə iştirakımdan yadımda qalanlardı. İndiyədək bu barədə danışmamışam. Düşünmüşəm ki, nə eləmişəm, vətənim, millətim üçün eləmişəm. Heç kimə buna görə minnət qoymamalıyam və qoymuram da. Amma bu gün başıma gələnlər məni vadar edir ki, döyüş yolum ilə bağlı belə açıq yazım.

Mən ona görəmi döyüşdüm ki, bu gün Gədəbəyin icra başçısı Ramiz Yediyarov gəlib mənə qoruduğum torpaqda yaşamağa imkan verməsin? Mənim yeganə dolanışıq yerim olan avtomobilimi qardaşım Fəxrəddin Bağırovun obyektində qoyub qapısını hördürsün? Bu adamın mən döyüşəndə 25 yaşı olub. Amma kolxozun fermasında müharibədən gizlənib, fərarilik edib. Mənim nə evim var, nə torpağım var, 6 aydır ki, artıq iş yerim də yoxdur! Müharibə ucbatından ali təhsil də almamışam. 9 və 10 yaşında körpə uşaqlarım var. Mən ona görəmi döyüşmüşəm ki, Yediyarov kimi fərari və rüşvətxor məmur gəlib mənim bu 2 uşağıma çörək qazanmağa imkan verməsin? 6 aydır mənim maşınım girovluqdadır. Əkin mövsümüdür. Mən toxumu neçə daşıyım? Ramiz Yediyarov bu gün rayonun yarısına saxta veteranlıq verdirib hər birindən min manat rüşvət alır. O adamların çoxunu şəxsən tanıyıram, müharibə vaxtı Rusiyada alver edirdilər. Soruşsunlar görək mənim dediyim bu döyüşlərin hansında iştirak ediblər?

Özü müharibəyə getməyən, üstəlik müharibədən yayınan 500 nəfərdən artıq adama saxta veteranlıq verən bu adamın həqiqi müharibə iştirakçısı kimi mənə və ailəmə qarşı törətdiyi qanunsuzluqlara dözə bilmirəm. Cənab prezident, siz keçirdiyiniz iclasda dediniz məmurların vətəndaşı sıxışdırması yolverilməzdir. Bir icra başçısı isə müharibə iştirakçısının çörəyini kəsməkdən sanki zövq alır. Bu, sizin siyasətinizə qarşı çıxmaqdır. Mən döyüşlərdə sağlamlığımı da itirmişəm. Başağrısındsan, bel ağrısından gecələr yatmıram. Bir tərəfdən də Yediyrovun bu qanunsuzluqları məni əsəbiləşdirir. Bu haqsızlığa son qoyulmasını xahiş edirəm.

Vətəni Yediyarovun kef içində böyüyən oğlu müdafiə etməyəcək. O, öz atası kimi qaçıb gizlənəcək. Vətəni mənim kirayədə, şoferliklə, əziyyətlə böyütdüyüm oğlanlarım müdafiə edəcək. Sizdən xahiş edirəm, mənim vəziyyətimlə maraqlanın. Bir vətəndaş, bir keçmiş döyüşçü kimi sizdən xahiş edirəm - Yediyarov haqda tədbir görün. Qardaşımın obyektinin qapısının açılmasına və mənim avtomobilimin oradan çıxarılmasına yardımçı olun".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru