Səlim Müslümovun həbs təhlükəsi realdır - İTTİHAM
Tarix: 25-05-2018, 09:37 | Çap et
1995-2000-ci illərdə Maliyyə Nazirliyində idarə rəisi, 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışan, 2013-cü ildən bu ilin aprel ayının 21-dək əmək və əhalinin sosial müdafiəsi naziri postunda təmsil olunan Səlim Müslümovun başının üzərini qara buludların aldığı deyilir. Bununla bağlı ayrı-ayrı media orqanlarında yer alan informasiyalarda bildirilir ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunar-olunmaz adıçəkilən nazirlikdə ciddi kadr islahatlarına start verməklə yanaşı, Səlim Müslümovun zamanında yol verilən nöqsanların, yeyinti faktlarının araşdırılması ilə bağlı xüsusi tapşırıq verib.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin yoxa çıxmasının da məhz həmin yoxlamalar nəticəsində üzə çıxdığı iddia olunur. Bu barədə "Yeni Müsavat"a daxil olan məlumatda deyilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. Bildirilir ki, artıq ölkə başçısına bununla bağlı zəruri bilgilər verilib. Bu isə öz növbəsində, Səlim Müslümovun durumunu bir xeyli ağırlaşdıra, hətta sonda onun həbsi ilə nəticələnə bilər. Çünki ortada kifayət qədər ciddi ittihamlar, daha dəqiq desək, 2-2,5 milyard manatlıq yeyinti faktı mövcuddur. Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondunda mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, sözügedən fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb. Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var. Bütün bu neqativ halların məhz Səlim Müslümovu zamanında qeydə alındığını nəzərə alsaq, o zaman sabiq nazirin yaxın vaxtlarda məsuliyyətə cəlb olunacağını ehtimal etmək olar.
Səlim Müslümovla bağlı mətbuatda gedən başqa bir informasiyada isə onun 6 ay həbsxana təcrübəsinə malik olduğu deyilir. Belə ki, bununla bağlı yayılan məlumatlara görə, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışdığı dönəmdə Azərbaycan Əmanət Bankından (indiki KapitalBank-red.) milyonlarla vəsaitin "yoxa” çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. Bildirilir ki, həmin vaxt Səlim Müslümovla birgə adıçəkilən bankın Səbail fililalının rəhbəri Bəşər Hacıyev da həbs edilib. Hətta bu məsələyə görə maliyyə naziri Samir Şərifovun da başının ağrıdığı vurğulanır. İddia olunur ki, sözügedən maliyyə maxinasiyasına görə, Bəşər Hacıyev uzun müddətli həbsə göndərilib, Səlim Müslümov isə 6 aydan sonra azadlığa buraxılıb. Hələ bu, harasıdır. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri ilə bağlı yayılan digər bilgidə isə onun Rusiyanın Kazan şəhərində doktorluq disertasiyası müdafiə edərkən "Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları” adlı elmi işinin plagiat olduğu bildirilir. Deyilənlərə görə, Səlim Müslümovun doktorluq desertasiyası Rusiya Federasiyasının Maliyyə Nazirliyində, Dövlət Maliyyə Nəzarəti, audit və mühasibat şöbəsinin direktoru, iqtisadiyyat elmləri doktoru, professor Leonid Şneidmanın elmi işinin plagiatı olduğundan sabiq nazir müxtəlif yollara baş vuraraq bu məsələni ört-basdır etməyə çalışıb. Lakin bir müddət sonra bunun üstü açılsa da, nədənsə baş vermiş olaya görə Səlim Müslümova irad tutan olmayıb.
Bu arada, bir qədər öncə qeyd etdiyimiz kimi yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev adıçəkilən nazirlikdə ciddi islahatlara başlayıb. Məhz bunun nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səlim Müslümova yaxınlığı ilə seçilən şəxslərin bir qismi tutduğu vəzifələrlə vidalaşmalı olub. Məsələn, yeni nazirin əmri ilə ilk olaraq aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıb. Bununla bağlı verilən bilgilərdə qeyd olunur ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tam söz sahibi olmaq, ondan öncə yol verilən nöqsanları aradan qaldırmaq məqsədiylə kadr islahatlarının davam etdirməkdə israrlıdır. Çünki o, yalnız bu yolla Səlim Müslümovun zamanında mövcud olan neqativ halları aradan qaldıra bilər.
Yeri gəlmişkən, onu da nəzərinizə çatdırmalıyıq ki, Hesablama Palatası artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirməyə başlayıb. Dövlət Sosial Müdafiə Fondunun sözügedən idarəsinə Səlim Müslümovun qaynı Ağalar Xasayev rəhbərlik etdiyini nəzərə alsaq, bu, o deməkdir ki, sabiq nazirin və onun yaxın adamlarının durumu heç də yaxşı deyil. Çünki bəzi iddialara görə, məhz Səlim Müslümov və komandasının həyata keçirdiyi "islahatlar" nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, o cümlədən Dövlət Sosial Müdafiə Fondunda yeyinti halları birə-beş artıb. Səlim Müslümovun ən etibarlı adamı, "sağ qolu" kimi tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevlə bağlı (Əjdər Ol) yayılan son məlumatlar da deyilənləri bir daha təsdiqləyir. Belə ki, bu barədə unukal.org-a daxil olan məlumatda bildirilir ki, Əkdər Cəbiyevin aparat rəhbəri olduğu dövrdə rüşvət aldığı adamlar işlərinin düzəlməməsi səbəbindən pullarını geri tələb edirlər: "Əjdər Ol sabiq nazir Səlim Müslümuvun ən yaxın adamı olub. O, nazirlikdə təyinatlar, işə götürmək, yeyinti və rüşvət şəbəkəsini idarə edirdi. Sahil Babayev nazir təyin olunan kimi Əjdər Ola pul verənlər onu axtarmağa başladılar. 150 min manatdan 300 min manata qədər bir neçə adamdan pul alaraq birini TSEK rəhbəri, birini baş həkim, birini komissiya sədri, pensiya təyinatı üzrə şöbə müdiri və digər vəzifələrlə təyin etmək vədi vermişdi. Hətta elə adam olub ki, onda 56 min dollar pul alıb. Yeni nazir gələn günü səhəri pul verənlər nazirliyə gələrək Əjdər Oldan pullarını geri tələb ediblər. Məlum olduğu kimi, qısa müddət ərzində Sahil Babayev Əjdər Olu işdən çıxardı. Bu səbəbdən də sabiq aparat rəhbərinə rüşvət verənlər pullarını geri almaq üçün evinə gedirlər".
Gördüyünüz kimi, sabiq nazir Səlim Müslümov və onun yaxın adamlarının adı külli miqdarda yeyinti, korrupsiya hallarında çəkilir. Bütün bunlar isə öz növbəsində, əmək və əhalinin sosial müdafiəsi nazirinin tezliklə məhkəmə qarşısına çıxarılması, daha sonra isə həbs olunması üçün yetərli hesab oluna bilər. Qeyd edək ki, əgər deyilənlər məhkəmə istintaqı zamanı öz təsdiqini taparsa, o zaman keçmiş nazir bu dəfə 6 ayla canını qurtara bilməyəcək. Çünki onu bir neçə illik həbs cəzası gözləyə bilər. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
|